Əbasaleh kimdir?
Şəkksiz sizlərdə İmam Zamannın (ə.f) aşiqləri və zuhurunu gözləyənlər kimi O həzərti onun şəninə uyğun olan ləqəblər ilə sizlərə kömək və yardımçı olmağa çağırırsınız. Elə bu səbəbdən "Əbasaleh" ləqəbinin mənasının nə olduğunu bilmək sizlər üçün maraqlı olacaqdır.
Həzrəti Ayətullah Məkarim Şirazi bu haqda buyurur: İmam Zamanı (ə.f) Əbasaleh çağırmaqda məqsəd bu deyil ki, İmamnı Saleh adında evladı var. "əb" ərəb dilində fəqət "ata" mənasında deyil. Bəlkə "sahib" mənasında da işlənir. "Əbasaleh" yəni elə bir şəxs ki, salehlər onun ixtiyarındadır. Əbasaleh ləqəbi Qurani Kərimdən götürülübdür:
وَ لَقَد کتبنا فِی الزَّبُور مِن بَعد الذَّکر أنّ الأرض یرثها عبادی الصالِحُون
Əlbətdə İmam Sadiq (ə) bir rəvayətdə buyurub: Hər vaxt yolunu itirib azarsansa "Ya Saleh!" çağır. Yaxud de: "Ya Əbasaleh bizi düz yola hidayət et!" Ta Allah Təala sizləri öz rəhmətində qərar versin. Mötəbər kitablarda zikir olunmuş rəvayətlərə əsasənməlum olur ki, əgər insan hərəkət yolunda və hər hansı bir səbəbdən yolunu itirib azarsa, hansı tərəfə gedəcəyini bilməzsə edə bilər "Saleh" ya "Əbasaleh"i köməyə çağırsın. O həzrətdən hidayət etməyini tələb etsin.
Digər bir rəvayətdə "Ya Əbasaleh ərşudna" gəlibdir. "Ərşudna" cəm formasındadır ki, bu nəticə ələ gəlir ki, hər hansı bir qrup bu iş ilə (insanları hidayət etmək ilə) məşğuldurlar.
Əllamə Məclisi öz atasından nəql edir ki, bir zaman Əmir İshaq İstərabad adlı bir şəxs yolda yolunu itirib azır. Yuxarıdakı hədisdə nəql olunmuş cümləni dilə gətirir. O zaman bir şəxsi gəlir və ona kömək edir. Əmir İshaq anlayır ki, O şəxs İmam Zaman (ə.f) imiş. Həmçinin Muhəddis Nuri digər bir hekayədə Molla Əli Rəşdidən nəql edir: Əhli-sünnədən olan bir şəxsin şiə anası var imiş. Ondan İmam Zamanın (ə.f) Əbasaleh ləqəbinin olduğunu eşitmişdir ki, yollarını azanları hidayət edir. Bir gün yolunu itirib azır. Əbasalehi çağırıb ondan kömək istəyir. O zaman bir şəxsi görür ki, kəndlərinin yaxınlığna kimi onu hidayət edib yolu göstərir. O da sonda şiə olur.
Mötəbər sənədli bu iki hekayətə əsasən bu nəticəyə gəlirik ki, "Əbasaleh" İmam Zamana (ə.f) layiq bir ləqəbdir.
Şərhi əlavə etmək