Həzrəti Seyyiduş şuhəda İmam Hüseyn (ə) viladəti
Bu gün Şəban ayının 3ü imamətin üçüncü günəşi nicat gəmisi olan Seyyidi şuhəda İmam Hüseynin (ə) mübarək mövlüd günüdür.
İmam Hüseyn ələyhissalamın həyatı barədə qısa məlumat
Üçüncü mə’sum İmamımız Həzrət Hüseyn (əleyhissəlam) hicrətin dördüncü ili Şə’ban ayının üçü (ya dördü) Mədinə şəhərində dünyaya gəlmişdir. O, Həzrət Əli (əleyhissəlam) və Peyğəmbər qızı xanım Zəhranın (səlamullahi əleyha) ikinci övladı idi.
Hüseyn ibn Əli (əleyhissəlam) öz həyatı boyu zülm və haqsızlığa qarşı mübarizədə şücaət və azadlıqsevərliyi ilə məşhur olmuşdur.
Hüseyn əleyhissəlamın həyat mərhələləri
Hüseyn ibn Əli (əleyhissəlam) uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanında keçirmişdir. Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra otuz il atası Əli əleyhissəlamla birgə yaşamış və Əli əleyhissəlamın hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. Əli əleyhissəlamın şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli əleyhissəlamla çiyin-çiyinə çalışmışdır. İmam Həsən əleyhissəlamın şəhadətindən sonra (hicrətin əllinci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr İmam Hüseyn əleyhissəlamın boynuna düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət, hicrətin altımış birinci ili məhərrəm ayının onunda Kərbəla çölündə şəhid olmuşdur.
Şərhi əlavə etmək