Bu gün Məb'əs bayramıdır!
Məbəs bayramınız mübarək olsun!
Bəşəriyyətin vücudu qəflət bataqlığında batıb məhv olurdu. Yaradılışın əsas hədəfi olan Allaha mə'rifət insanların həyatından tamamilə silinmişdi. İnsaniyyət tamamilə ölmüş və onun yerini "bəl hum əzəl" tutmuşdu. Kafirlərin və qafillərin zülmətlər içində qərq olan qəlbləri, yerlərin və göylərin nuru olan Allahın cəmal və cəlalından hicabda idi.... Amma, Allah Təalanın Öz bəndələrinə olan sonsuz eşqi bu dəfə Həzrət Peyğəmbərin (s) cəmalında təcəllaya gəldi. Bununla belə kafirlərin uzun illər qəflət bataqlığında hədsiz günahla paslanmış qəlbləri Allahın bu təcəllisinə tab gətirə bilmirdi.
Məhz Rəcəb ayının 27 - ci günüdür ki, bu mübarək gündə Həzrət Peyğəmbərin (s) mübarək nəfəsi ilə Yəqzə dünyaya gəldi. Bu Yəqzə bəzilərinin vücudlarını Allahın eşqilə alovlandırıb Əbuzər və Salmana çevirdi. Bəziləri isə Yəqzənin nuru müqabilində dayanaraq qəflət bataqlıqlarında öz itləri üçün toy edirdilər. Qəflət bataqlığında qərq olmuş insanabənzər heyvanlar (Ə'raf surəsi, ayə 179) insaniyyətdən uzağa düşərək, qəlblərində Allahın nurunun yaranmasına imkan vermədilər.
Bir halda ki, Məb'əs günü həm də Təlaq günüdür. Möminlər gərək bu gündə qəflətdə keçirdikləri həyatlarına 3 dəfə Təlaq verərək, onu özlərinə əbədi haram etsinlər. Belə olduqda, Məb'əs gününün həqiqətini dərk etmək üçün möminlərin qəlblərində bir nur (yəqzə) yaranacaq və bu nur onları birbaşa Liqaullaha çatdıracaq. Bəs, Məb'əsin həqiqəti bundan ibarətdir ki, möminlər öz qəlblərini Allahın eşqilə alovlandırıb, öz vücudlarını Allahın liqasına çatdırsınlar. İndi bax gör bu həqiqətdən nə qədər faydalana bilmisən?! Məb'əs bayramınız mübarək olsun!
@mexzenul_esrar
Şərhi əlavə etmək