35 İŞİD terrorçusu məhv edidi.

Amerikalı reyncer və əfqan hərbiçilərinin iştirakı ilə İŞİD terrorçularının əleyhinə əməliyyat

RİA-ya istinadən verilən xəbərə əsasən, ABŞ və Əfqanıstan Təhlükəsizlik Qüvvələrinin keçirdiyi xüsusi əməliyyatı nəticəsində cümə axşamı günü 35 İŞİD terrorçusu məhv edilib. Bu haqda Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis açıqlama verib.

“Reyd zamanı bir neçə komandir də daxil olmaqla, 35 İŞİD terrorçusu məhv edilib.”

O əlavə edib ki, öldürülmüş terrorçuların arasında İŞİD-in Əfqanıstandakı lideri “əmir” Əbdül Həsib də ola bilər.

Pentaqon nümayəndəsi əməliyyatda 50 amerikalı reyncer və 40 əfqan hərbçinin iştirak etdiyini qeyd edib.

Şərhi əlavə etmək