Suriya Prezidenti Bəşər Əsəd İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin tutulduğuna dair iddialara da cavab verdi
İslamazeri.com verdiyi xəbərə əsasən "Sputnik"ə Bağdadinin İraq sərhədi yaxınlığında tutulduğuna dair iddiaları dəyərləndirən Əsəd, "Xeyr, bu doğru deyil. Sərhəd hazırda İŞİD-in nəzarəti altındadır. Sərhədə Suriya, Rusiya, ABŞ və ya hansısa bir Qərb ölkəsi tərəfindən yox, yalnız İŞİD tərəfindən nəzarət edilir. Bu səbəblə Bağdadi o bölgədə tamamilə təhlükəsizlikdədir",- deyib.
BAĞDADİ TUTULDU İDDİASI
Daha əvvəl mətbuatda əks olunan xəbərlərdə, Bağdadinin Suriyada İraq sərhədinə yaxın bir nöqtədə tutulduğu iddia edilmişdi. Ancaq xəbərlər təsdiq edilməmişdi.
"XAN ŞEYXUNA HEYƏT ÜÇÜN BMT-YƏ MƏKTUB GÖNDƏRMİŞİK, CAVAB ALMAMIŞIQ"
Digər tərəfdən, Əsəd Birləşmiş Millətlər Təşkilatına (BMT) məktub göndərərək İdlibin Xan Şeyxun qəsəbəsindəki kimyəvi hücumun araşdırılması məqsədilə bölgəyə nümayəndə heyəti göndərməsini tələb etdiklərini bildirib. Əsəd məktuba hələ cavab almadığını vurğulayıb.
ABŞ VƏ QƏRB ÖLKƏLƏRİ MANE OLUR
BMT-nin bu ana qədər bölgəyə nümayəndə göndərmədiyini, çünki ABŞ və Qərb ölkələrinin buna mane olduğunu qeyd edən Əsəd, "Mütəxəssislər Xan Şeyxuna gəlmələri halında kimyəvi hücumla bağlı bütün iddiaların yalan olduğunu başa düşəcəklər" - deyib.
BMT HƏLƏB HÜCUMU SONRASINDA DA NÜMAYƏNDƏ HEYƏTİ GÖNDƏRMƏMİŞDİ
Terrorçuların bir neçə il öncə Hələbdə Suriya ordusuna etdiyi ilk hücumdan sonra Dəməşq BMT-yə müraciət etdi və terrorçuların qaz istifadə etdiyinin sübut olunması üçün mütəxəssis göndərilməsini tələb etdi",- deyə sözlərinə davam edən Əsəd, müraciətin ardınca bənzər bir neçə hadisənin daha baş verdiyini, ancaq BMT-nin hər şeyə baxmayaraq heyət göndərmədiyini xatırladıb.
Əsəd, "Eyni şeylər bu gün də yaşanır" - deyə o vurğulayıb.
YALNIZ RUSİYA VƏ BİR NEÇƏ ÖLKƏ SƏY GÖSTƏRİR
Digər tərəfdən Suriyadakı əlaqədar bölgələrə heyət göndərilməsi üçün yalnız Rusiya və bir neçə ölkənin görüşlər keçirdiyini bildirən Suriya dövlət başçısı, bu ana qədər bu məsələdə müsbət xəbərlər ala bilmədiklərini vurğulayıb.
"XAN ŞEYXUNA KİMYƏVİ HÜCUM EDİLMƏYİB"
Xan Şeyxuna kimyəvi hücum olmadığını, bunun təxribat olduğunu vurğulayan Əsəd, kimyəvi hücum iddialarının ABŞ tərəfindən Şayrat Bazasına hücum etmək üçün bir bəhanə olduğunu qeyd edib.
Suriya hökumətinin Xan Şeyxunda cihadçılara məxsus anbarlarda kimyəvi maddələrin olduğu barədə məlumata malik olmadığını qeyd edən Əsəd, "Bu bölgə "əl-Nusra"nın, yəni əslində "əl-Qaidə"nin nəzarətindədir. Dünyanın əldə etdiyi yeganə məlumat, bu təşkilatın, "Nusra"nın "YouTube", ümumi olaraq internet və Qərb mediasının vasitəsilə yaydığı məlumatdır. Buna görə də, bu xəbərlər əsasında qiymətləndirmə edə bilmərik",- deyərək sözlərinə belə davam edib: "Əvvəla, Xan Şeyxunda saat 11.30-da vurduğumuz hədəflərin kimyəvi maddə anbarları olub olmadığını bilmirik. Onlar hücumun səhər saat 6.30-da baş verdiyini iddia edir. Bu saatlarda heç bir hücum həyata keçirməmişik. Buna görə də bunun yalançı bir təxribat olduğuna inanırıq. Heç bir hücum olmayıb."
"AĞ DƏBİLQƏLİLƏRİN 2 İLDİR YAYIMLADIĞI GÖRÜNTÜLƏRİN EYNİSİ"
Xan Şeyxun görüntülərinin "Ağ Dəbilqəlilər"in 2 ildir yayımladığı görüntülərlə eyni olduğunu qeyd edən Əsəd, "Rusiya hava hücumunda uşaqların öldüyünü göstərən fotoların daha sonra saxta olduğu ortaya çıxdı. Bir uşağı götürüb üzərini saxta qan və palçıqla çirkləndirib fotosunu çəkdilər. Digər görüntülər də buna bənzərdir",- deyə bildirib.
Şayrat Bazasına hücumun əvvəlcədən planlaşdırıldığını müdafiə edən Suriya lideri, "Onlar bizi dinləmək, araşdırmaq istəməyib, yalnız hücum etmək istədilər. Xan Şeyxun təxribatdır, çünki qaz sızması və ya hücum olsaydı və iddia etdikləri kimi 60 adam ölsəydi, şəhər necə olur ki, əvvəlki kimi həyatına davam edir? Əhalini təxliyyə etmədilər. Şəhəri tək bir nəfər belə tərk etmədi. Həyat normal gedişini davam etdirib. Halbuki onların iddiasına görə kütləvi qırğın silahı istifadə edilib".
ŞAYRAT HAVA BAZASINDA KİMYƏVİ SİLAH YOXDUR
ABŞ-ın Şayrat Hava Bazasında kimyəvi silah olduğunu iddia etdiyini xatırladan Əsəd, "Bütün anbarları vurdular, amma qaz yayılmadı. Hərbçi və personaldan heç kim qazdan zərər görmədi. Bu da Şayratdan heç bir qaz hücumunun həyata keçirilmədiyini göstərir. Hadisə Şayratı vurmaq üçün bir təxribat idi", deyib.
"GÖRÜNTÜLƏR İDDİALARLA ZİDDİYYƏT TƏŞKİL EDİR"
"Ağ Dəbilqəlilər"in Xan Şeyxunda çəkdiyi görüntülərin sarin qazı istifadə edildiyi iddiaları ilə zidd olduğunu deyən Suriya lideri, "Görüntülərdə xilaskar olduğu iddia edilən şəxslərin maska və əlcək taxmadan insanlara kömək etdiyi görünür, rahat-rahat gəzirlər. Bu necə olur? Bu sarin qazının xüsusiyyətlərinə tərsdir. Bu mümkün deyil, onların da digərləri kimi ölməsi lazım idi. Baxmayaraq ki, görüntülərdə yerdə yatan şəxslərin ölü olub-olmadığını da bilmirik. Bu görüntüləri montaj etmək asandır. Bu səbəbdən, xüsusilə, "əl-Qaidə"nin görüntüləri əsasında qərar vermək doğru deyil", deyə Suriya Prezidenti sonda bildirib.
Şərhi əlavə etmək