Sebastian Kurz: Türkiyənin Avropada yeri yoxdur.
Avstriyanın xarici işlər naziri Türkiyənin Avropa Birliyə qoşulmaq üçün lazımı şərtlərə sahib olmadığını bildirib.
“Mehr”-ə istinadən verilən xəbərə əsasən Avstriyanın xarici işlər naziri Sebastian Kurz bildirib: “Türkiyə islahat və demokratiyanın icrası yönündə addımlarına davam etməlidir. Lakin bu yolda AB-nə qoşulmaq gözləntisi olmamalıdır. Türkiyənin Avropada yeri yoxdur. Bizim Türkiyənin əlaqə kanallarına ehtiyacımız var, lakin bu o mənada deyil ki, biz bu ölkəni Birliyimizə qəbul etməliyik. İnsan haqları və demokratiya 2 əsas məsələlərdəndir ki, Avropa Birliyi Türkiyədə bunu izləyir.”
Şərhi əlavə etmək