Güzəştli mənzillər
Güzəştli mənzillərin əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı elan olundu.
Sənədlərinin qəbuluna "güzəştli mənzil" elektron sisteminin əsasnaməsi təsdiq olunduqdan sonra başlanılacaq. Vətəndaşlar müraciət etdikdən bir neçə gün sonra mənzilə sahib olmaq hüquqlarının olub-olmamasını öyrənə biləcəklər.
Güzəştli mənzilləri almaq istəyənlər üçün sənədlərin siyahısı müəyyən olunub.Tələb olunan sənədlərin siyahıları ilə www.mida.az saytına daxil olmaq, ana səhifədə müvafiq olaraq "güzəştli mənzili kim ala bilər?" və tələb olunan sənədlər keçidləri vasitəsilə tanış olmaq mümkündür.
Sənədlərin qəbuluna sayılı günlər qalıb. Bunun üçün güzəştli mənzil elektron sisteminin əsasnaməsi təsdiq edilməlidir. Vətəndaşlar sosial mənzilləri əldə etmək hüquqlarının olub-olmamasını qısa müddətdə öyrənə biləcəklər.
Vətəndaşların elektron müraciətlərini daha da asanlaşdırmaq üçün bir sıra əlavə tədbirlər görüləcək
Güzəştli mənzil elektron sisteminə edilən müraciətlərə ardıcıllıqla baxılıb cavab veriləcək. Amma mənzil seçimi zamanı hər kəsə bərabar hüquq veriləcək
Elektron müraciətin nə zaman başlanacağı yaxın günlərdə elan ediləcək.
Şərhi əlavə etmək