Qızdırmanın dərmanı

Peyğəmbər Əkrəmin (s) İmam Əliyə (ə) xəstəliklərdən nicat tapmaq üçün öyrətdiyi dua

İmam Əli (ə) buyurdu: Qızdırmanın istiliyini bənövşə və soyuq su ilə aşağı salın. Çünki, onun istiliyi cəhənnəmin çox istisidir".

İmam Əli (ə) buyurdu: Xəstələnmişdim və Peyğəmbəri Əkrəm (s) mənim görüşümə gəldi. Mən qərarsız idim. Rahat ola bilmirdim. O həzrət buyurdu: "Ey Əli! Peyğəmbərlər ən çətin bəlalara dözürlər. Və onlardan sonra onların canişinləri biri o birindən sonra dərəcə və məqamlarına görə bəlaları da daha şiddətlənir. Bu bəşarəti sənə verirəm ki, Allahın əzabından bir bəhrədir ki, sənin üçün mükafatdır." 

Sonra buyurdu: İstəyirsən Allah Təala sənin xəstəliyinə şifa versin?

- Dedim: Bəli.

- Buyurdu: De!

الهم ارحم جلدي الرقيق و عظمي الدقيق و اعوذبك من فوره الحريق يا ام ان كنت امنت با الله فلا تاكلي اللحم و لا تشربي الدم و لا تفوري من الضم و انتقلي الي من يزعم ان مع الله اليها اخر, فاني اشهى ان لا اله الاالله وحده لا شريك له و اشهد ان محمدا عبده و رسوله

Əmirəl-möminin (ə) buyurdu: Bu duanı oxudum və həmin o saatda yaxşı oldum.

 

Şərhi əlavə etmək