Filippin ordusunun "Əbu-Səyyaf"a zərbəsi
“Associated Press” agentliyinə istinadən verilən xəbərə əsasən, “Əbu Səyyaf” terror təşkilatıın liderlərindən biri və məşhur oğru Əl-Həbsi Misayə Filippin hökumət qüvvələri ilə atışma zamanı məhv edilib. Bu haqda Filippin Ordusunun Qərargah rəisi Eduardo Ano açıqlama verir.
“Biz, onu adıçəkilən terror təşkilatının ən səs salmış oğrusu hesab edirik. Bu, “Əbu Səyyaf” üçün böyük itkidir.”, - deyə Ano bildirib.
Məlumata əsasən, Misayə onlarla malayziyalı və indoneziyalının oğurlanmasında ittiham edilirdi.
Qeyd edək ki, “Əbu Səyyaf” terror təşkilatı 1990-cı illərin əvvəlində “Əl-Qaidə” lideri Usamə ben Ladendən aldığı vəsait ilə qurulub. Filippin kəşfiyyatının fikrinə əsasən, terror qruplaşmasının 400-dək üzvü var. 2004-cü ilin əvvəlində təşkilat ölkə tarixinin ən böyük terror altını törədib: daxili reys üzrə hərəkət etmiş “Superferri-14” bərəsini partladıb. Həmin partlayışdan sonra başlamış yanğında 200-dən çox insan həlak olub. Qruplaşma həmçinin pul əldə etmək üçün insan oğurluğu ilə də məşhurdur. Terrorçular təyin edilmiş vaxtda əvəzində pul ala bilmədikləri əsirlərin başlarını kəsirlər.
Şərhi əlavə etmək