Qadın paltarı geyinmiş İŞİD-çi tutuldu

Misir hərbçiləri qadın paltarı geyinmiş İŞİD yaraqlısını həbs ediblər.

 


İslam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, çadralı İŞİD-çi hökumət qoşunları tərəfindən Misirin Əl-Ariş şəhəri yaxınlığında saxlanılıb.

İlkin ehtimala görə, yaraqlı Sinay yarımadasındakı İŞİD dəstəsindən qaçmağa çalışıb. Yaxalanan terrorçunun şəklini “Jihad Threat Monitor” portalı tvitterdə dərc edib.

Şərhi əlavə etmək