Sudan və Səudiyyə Suriyaya quru qüvvələr göndərməyəcək

Sudan xarici işlər naziri İbrahim Qandur Səudiyyə və ölkəsinin Suriyaya quru qüvvələr göndərmək kimi məsələsinin gündəmlərində olmadığını bildirib.


İslam.az  Deyerler.org-a istinadla xəbər verir ki, Sudan xarici işlər naziri paytaxt Hartumda Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil Əl-Cubeyri ilə görüşündə bildirib: "Suriyaya qurudan müdaxilə məsələsi hazırda masada deyil, ancaq Sudan Terrorizmə Qarşı İslam İttifaqının bir hissəsi olmağa davam edəcək".

 

Səudiyyənin xarici işlər naziri Adil Əl-Cübeyr də öz növbəsində Səudiyyə Kralı Salmanın Sudan prezidenti Ömər Bəşirə salamlarını çatdıraraq deyib: "Fələstin məsələsi, Suriya, Yəmən və Somali ilə ərəb dünyasında baş verən prosesləri müzakirə etdik. İki qardaş ölkə arasında regionda döyüşə çağırış etmək məsələsində fikir birliyi mövcuddur".

 

Çox təəcüblüdür ki, bütün dünya ölkələri Sudanda baş alıb gedən aclıq səfalətin aradan qaldırılmasına milyonlar xərcləyir, Sudanın diktator rejimi isə pullarını Səudiyyə rejiminin "yollarında" səpələyir.

Şərhi əlavə etmək