Suriya ordusu Nəbil və əl-Zəhranın mühasirəsinin yarılmasından xəbər verib
Suriya ordusu və silahlı qüvvələrinin baş qərargahı bir bəyanat yayaraq, bildirib ki, Nəbil və əl-Zəhra qəsəbələrinin mühasirəsinin yarılmasını terrorçulara vurulan ağır zərbə adlandırıb.
Suriyanın dövlət xəbər agentliyinin verdiyi məlumata görə, görə, Suriya silahlı qüvvələrinin baş qərargahı çərşənbə günü axşam bir bəyanat yayaraq, bildirib: Bu qələbə Hələbin şimal ətrafında terrorçular əleyhinə hərbi əməliyyatların davam və onların məhv edilməsi üçün bir başlanğıc sayılır.
{mp4remote}http://wpc.be1e.edgecastcdn.net/00BE1E/news/2016/02/04/alalam_6359018561...{/mp4remote}
Bu bəyanatda həmçinin deyilir: Ordu və könüllü xalq qüvvələrinin bir sıra uğurlu əməliyyatları nəticəsində Hələbin şimal hissəsində yerləşən bir çox şəhər və kəndlər azad edilib və çoxlu sayda terrorçunun məhv edilməsinin ardınca Nəbil və əl-Zəhra qəsəbələrinin mühasirəsi yarılıb.
Bəyanatın davamında bu böyük uğurun əhəmiyyətinə işarə edilir və deyilir: İndi Hələb və onun şimal ətrafında yerləşən ərazilərdəki terrorçuların əsas tədarükat yolu kəsilmiş olub və bu da terrorçu qrupların süqutuna səbəb olacaq.
Nəbil və Əl-Zəhra qəsəbələri şiə sakinli qəsəbələrdirlər. Bu iki qəsəbə 4 il yarım idi ki, terrorçuların mühasirəsində idi.
Şərhi əlavə etmək