Ali-Xəlifənin məscidlərlə mübarizəsi, din və tarix əleyhinə mübarizədir

Ali-Xəlifənin məscidlərlə mübarizəsi, din və tarix əleyhinə mübarizədir

Ali-Xəlifənin məscidlərlə mübarizəsi, din və tarix əleyhinə mübarizədirءAllahءMəhəmmədءAliءshiءislamءTVshiaء

Şeyx İsa Qasim Ali-Xəlifənin “Məscidlərlə mübarizə” üsulunu seçdiyini bildirib
 “Sovt əl-Mənamə”-yə istinadən verdiyi xəbərə görə, Şeyx İsa Qasim dünən Əl-Deraz məntəqəsində yerləşən İmam Sadiq (ə) məscidində cümə namazı xütbəsi zamanı bildirib ki, "Bəhreyn rejimi məscidlərlə mübarizə üsulunu seçib, məscidlərə gələnə kimi geri çəkilmək fikrində deyil. Ali-Xəlifə rejimi məscidlərə qarşı müharibədə qalib gəlməyi böyük qəhrəmanlıq hesab edir. Lakin buna göz yummaq olmaz. Əslində Ali-Xəlifənin bu hərəkəti din və tarix əleyhinə müharibədir. Ali Xəlifənin bu işdə məkrli məqsədlərinin olması heç kəsə gizli deyil"
Bəhreyn şiələrinin rəhbəri xütbənin davamında Cəfər əl-Derazinin şəhadətinə də toxunaraq deyib: “Ali-Xəlifə rejiminin nəzərində həbsxanadan çıxan cəsədlər onların bədənində işkəncə əsərləri görünsə belə, xəstəlik nəticəsində şəhid olanlardır.”
İsa Qasim əlavə edib ki, əgər dövlət bir şəxsi həbs edirsə və onun ölüm təhlükəsi altında olmağına baxmayaraq, ona yemək, dərman verməsə, əslində onu öldürüb. Bu ölümdə rejim məsuliyyət daşıyır. Halbuki Bəhreyn həbsxanalarına dərman girişinə icazə verilməməsi və dərman göndərilməsində gecikmələrin olması ilə bağlı çoxlu xəbərlər yayılır.

 islamazeri.az

Şərhi əlavə etmək