Dində kütləvi qırğın silahlarından istifadə etmək qadağandır
Dində kütləvi qırğın silahlarından istifadə etmək qadağandır
Bu gün səhər İranda nüvə qanunvericiliyi ilə bağlı milli konfrans keçirilib
İran mediasına istinadən verdiyi xəbərə görə, Konfransda atom enerjisi təşkilatının sədri Əli Əkbər Salehi, mədəniyyət və İslam düşüncəsi institutunun başçısı Əli Əkbər Sadiqi, konfrans katibi Ayətullah Əbülqasim Əlidust və bir neçə alim iştirak ediblər.
Konfransın bir hissəsində təqlid mərcəsi Ayətullah Cavad Amuli danışıb. O, bildirib ki, dünya ictimaiyyətinin hərbi və kütləvi qırğın silahları barədə planı nədən ibarətdirsə, islamçı rejim də bu planın bir hissəsini öz höküməti çərçivəsində reallaşdırır. İslam dinində peyğəmbərlər (ə) umumbəşəri fəaliyyətlər üçün gəliblər və hər biri, dünya ictimaiyyətinin planını cızıblar.
Ayətullah Amuli sözlərinin davamında bildirib ki, gərək hər peyğəmbərin (ə) sözü ümumbəşəri olsun, bir məntəqə ilə məhdudlaşmasın, ümumi və uzunömürlü olsun. Dünya təhdid və öldürməklə deyil, ədalət və insafla idarə olunmalıdır. Bu məsələdə Həzrət Davud (ə) və həzrət Süleymanı (ə) nümunə göstərmək olar. Bunlardan heç biri kütləvi qırğın silahı düzəltməyiblər. Buradan məlum olur ki, islam dini öldürmək dini deyil və dində kütləvi qırğın silahının mövcudluğu qadağandır. Ümid edirik ki, Allah hər kəsə o dərəcədə ağıl versin ki, heç zaman digərlərini qətlə yetirmək barədə fikirləşməsinlər.
Konfransda həmçinin, təqlid mərcəsi müctehidi Ayətullah Cəfər Sübhani də danışıb. O, bildirib ki, nüvə texnologiyası bəşərin yeni elmlərindəndir. Belə ki, insan təcrübə və sınaq çərçivəsində bu elmə çatıb. Lakin insanın elmi, xüsusilə də təbiət elmləri iki başlı qılınc kimidir. Ondan bəşəriyyətin səadəti və məhvi üçün istifadə edilə bilər.
Misal olaraq, nüvə enerjisindən tibbdə, əkinçilikdə və elektirik enerjisinin istehsalında faydalanmaq olar. Bununla yanaşı, ondan dağıdıcı silah kimi istifadə etmək olar. İslamın insan haqqında müəyyən etdiyi dəyərlərə nəzər yetirdikdə ondan silah kimi istifadə etmək qadağandır və hətta ondan müdafiə kimi də istifadə etmək olmaz.
İkinci dünya müharibəsində ABŞ müharibəni qısaltmaq bəhanəsi ilə, Yaponiyanın iki şəhərini yerlə yeksan etdi və insaniyyətin üzünü qaraltdı. Hələ də onun dağıdıcı əsərləri gözə çarpır. İslamda insanın məqamı o qədər dəyərlidir ki, heç zaman icazə olmadan ondan bir damcı qan çıxmamalıdır. Kütləvi qırğın silahlarını müdafiə vasitəsi kimi düzəltməyə çalışanlar hiylə işlədirlər, çünki həmin şəxslər bir gün ondan özləri üçün istifadə edəcəklər.
Biz ümid edirik ki, nüvə qanunvericiliyi konfransında iştirak edənlər məsələni elmi şəkildə təhlil edəcəklər və dövlətlər bu viran edici silahlardan istifadə etməyəcəklər.
islamazeri.az
Şərhi əlavə etmək