Həccə getmək istəyənlərin nəzərinə!
Həccə getmək istəyənlərin nəzərinə!
2 dəfə yemək verilən hotellərdə qalmaq istəyənlər 3250 manat, yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyənlər isə 4100 manat ödəyəcək
Sabahdan başlayaraq bu il üçün Həcc ziyarətinə getmək istəyənlərdən sənəd qəbulu başlayır.
Qafqaz Müsəlmanları İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bu ilki ziyarətin şərtləri ötən ilki kimidir.
Belə ki, nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalmaq istəyən zəvvarların 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar isə 4100 manat ödəməli olacaq.
Suriyada baş verən məlum hadisələr səbəbindən Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq.
Ziyarətə getmək istəyən vətəndaşlardan aşağıdakı sənədlər tələb olunur: 4 ədəd 3x4 şəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasport və sağlamlıq haqqında arayış.
islamazeri.az
Şərhi əlavə etmək