Suriya ordusunun Hamadaki terrorçulara ağır zərbəsi

Suriya ordusunun Hamadaki terrorçulara ağır zərbəsi

ءAllahءMəhəmmədءAliءshiءislamءTVshiaءSuriya ordusunun Hamadaki terrorçulara ağır zərbəsi

Bir həftədən az müddətdə Suriya ordusu Hamada kəndlərdən birini ələ keçirmiş terrorçuları tamamilə təmizləməyi bacarıb
"Al Alam"-ə istinadən verdiyi xəbərə görə, Suriya ordusu Hamanın şimalında yerləşən Məan kəndini silahlı terrorçulardan təmizləyib. Bir müddət öncə Suriya ordusunun baş komandanı xəbər vermişdi ki, Məan kəndinin 42 sakini qətlə yetirilib.
Bəyanatda deyilmişdi ki, gözə çarpacaq sayda təkfirçi qruplar və terrorçular müxtəlif silahlarla Məan kəndinə hücum edərək sakinlərin evlərini dağıdıb və onları qarət ediblər.
Məlumata əsasən, hücum zamanı 42 nəfərin qətli ilə yanaşı, terrorçular kənd əhalisinin əksəriyyətini evlərini tərk etməyə məcbur edib. Suriya insan haqları təşkilatı xəbəri təsdiqləmişdi.
Bununla yanaşı Suriya ordusu Hələb ətrafında yerləşən Təli əl-Ğal və əl-Şeyx Nəcar adlı iki kəndi terrorçulardan təmizləyiblər. Məhv edilmiş terrorçuların arasında digər ölkələrin vətəndaşları da olub.

 islamazeri.az

Şərhi əlavə etmək