Hicab məhbusu Seymur Bağırlı azadlığa çıxdı

Hicab məhbusu Seymur Bağırlı azadlığa çıxdı

ءAllahءMəhəmmədءAliءshiءislamءTVshiaءHicab məhbusu Seymur Bağırlı azadlığa çıxdı

"Müqavimətimiz davam edir və bu yolda addımlamağa davam edirik"
 5 oktyabr 2012-ci il tarixində təhsil nazirliyinin qarşısında keçirilən “hicaba azadlıq” aksiyasında həbs olunan Seymur Bağırlı bu gün azadlığa çıxıb.   
Azadlığa çıxan hicab məhbusu İslamazeri.az-a münasibət bildirib.   
O qeyd edib ki, “İbrahimə (ə) odu gülüstan edən Allah, bizlərə də zindanı gülüstan qərar verdi. İnşallah bizi dünyəvi zindanda yox, nəfs zindanından azad etsin. Bizi nəfsinə qalib gələn azad insanlardan qərar versin inşallah. Müqavimətimiz davam edir və bu yolda addımlamağa davam edirik. Biz bu məktəbi İmam Hüseyn (ə) ağadan öyrənmişik. İnşallah bu yoldan dönüb qaçanlardan olmarıq. Mən arzu edirəm ki, digər hicab məhbusları tezliklə azadlığa çıxıb, ailələrinə qovuşarlar”   
Qeyd edək ki, Seymur Bağırlı Nərimanov rayon məhkəməsinin hökmü ilə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

 islamazeri.az

Şərhi əlavə etmək