Myanma dövləti Müsəlmanların soyqırımı haqda beynəlxalq təhqiqatın aparılmasına icazə vermir
Myanma dövləti Müsəlmanların soyqırımı haqda beynəlxalq təhqiqatın aparılmasına icazə vermir
Qeyd edək ki, son günlərə kimi Myanma dövləti ölkədə Müsəlman vətəndaşlara qarşı baş vermiş soyqırımı ümumiyyətlə inkar edirdi. Amma beynəlxalq təşkilatların təzyiqləri nəticəsində bu olay haqda axtarış işlərinə başlayacağını vəd etmişdir.
Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Myanma dövləti ölkənin qərb nahiyyəsində Müsəlmanlara qarşı baş verən kütləvi qırğınlar haqda təhqiqatların başlandığını bildirib. Lakin dövlət rəsmi olaraq bu təhqiqatlarda hər hansı bir xarici təhqiqat qrupunun iştirakını istisna edib.
Myanma xarici işlər nazirliyi bu haqda açıqlama verərək vurğulayıb: “Hökümət ölkənin qərb bölgəsində yerləşən Raxin əyalətində baş verən zorakılıqlar haqda axtarış aparmaq üçün təhqiqat qrupu yaradıb. Lakin bu zəmində xarici təhqiqat qruplarının iştirakına qadağa qoyub”.
Qeyd edək ki, son günlərə kimi Myanma dövləti ölkədə Müsəlman vətəndaşlara qarşı baş vermiş soyqırımı ümumiyyətlə inkar edirdi. Amma beynəlxalq təşkilatların təzyiqləri nəticəsində bu olay haqda axtarış işlərinə başlayacağını vəd etmişdir.
-------------------------------------
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
abna
Şərhi əlavə etmək