ƏN YAXŞI DUALAR HANSILARDIR?

ƏN YAXŞI DUALAR HANSILARDIR?

Ən yaxşı dualar o dualardır ki, mərifətin və qəlbin nurluğunun artmasına, batinin pak və saflığına, aqibətin xeyirliyi və xeyir işlərdə müvəffəqiyyətə, savabın əldə edilməsinə, yaxşı əxlaqın əldə edilməsinə, islam vəzifələrini yerinə yetirməyə, bağışlanmaq tələbinə və Allah dərgahına yaxınlaşmağa səbəb olsun.

Belə dualar yəqinliklə qəbul olur və onun təsirinin xeyiri tez aşkar olur və şəxs belə dualarla Allaha doğru səfər edir və onun dərgahına yaxınlaşır.

Digər dualar o halda qəbul olur ki, İlahi adətlərlə uyğun və digər tərəfdən dua edənin xeyrinə uyğun olsun.

Bəzən biz dua edirik və bu duada Allah təaladan bəla və giriftarçılığlarımızı başqaları üçün də istəyirik. Belə dualar yəqinliklə qəbul olmayacaq. Allah ki, adil, həkim və həlimdir, belə duaları qəbul etməkdən pak və təmizdir.

Belə dualar dua edənin, inkişaf etməməsini, mərifətinin azlığını və səbirsizliyini göstərir.

Ən kamil dualar onlardır ki, Quran Peyğəmbər və möminlərin dilindən hekayət etmişdir və o dualardır ki, Peyəmbər (s) və Əhli Beytdən (ə) rəvayət edilmişdir.

Bu dualardan, kumeyl, ərəfə, əbi həmzə, səhifeyi səccadiyyə və s dua edəni insanlığın ən uca məqamına çatdırır və ən yüksək aləmə ucurur.

Duanın dəyərli tərəflərindən biri də onun tərbiyə edici olmasıdır. Dinin öncülləri və məzhəb rəhbərləri tərəfindən qeyd olunan duaların məzmunlarının hamısı tərbiyəvi və öyrədici, bəsirət və mərifətin tamamlayıcısıdır.

Dua, təsir, bərəkət, adət və şəraiti barəsində bu imkanda kifayyət qədər söhbət aça bilmərik. Əziz oxucular bu mövzuda alim və ustadların yazdığları kitabları oxusunlar.

Duanın fəziləti barəsində bu rəvayəti söyləmək mümkndür.

الدعاء مخّ العباده

Dua bəndəliyin əsası və həqiqətidir və ibadətdir. (nəbəvi hədis, bəharul ənvar, cild 93, səhifə 300.)

Digər hədisdə belə buyurulur:

الدعاء سلاح المؤمن و عمود الدين و نور السماوات و الأرض

Dua möminin silahı və dinin sütunu və yerin və göylərin nurudur. (Kafi, cild 2, səhifə 468.)

Bu qısaca olaraq duanın fəzilət, əsər, bərəkət və faydalarındandır.

Şərhi əlavə etmək