"İmam Hüseyn (ə) məktəbini layiqincə təbliğ edin" (Köşə yazısı)

"İmam Hüseyn (ə) məktəbini layiqincə təbliğ edin" (Köşə yazısı)

"İmam Hüseyn (ə) məktəbini layiqincə təbliğ edin" (Köşə yazısı)ءAllahءMəhəmmədءAliءshiءislamءTVshiaء

"İmam Hüseyn (ə) məclisinə dil uzadanların özlərində və mənəviyyatlarında problem var"
 Uzun zamandan sonra qərara gəldimki yeni bir yazı yazım. Amma vallah cəmiyyətdə vəziyyət o qədər qarışıqdır ki, insanın narahat olmaması və reaksiya verməməsi mümkün deyil. Elə bu yazınıda narahat olduğum üçün yazıram. Son günlərin ən çox müzakirə olunan mövzusu sözsüz ki, məhərrəm ayının gəlişi səbəbilə elə «məhərrəm-səfər əyyamı»nda əza məclisləri oldu.
Hərçənd ki, xalqımızın bəzi əziz nümayəndələri seçkidə siyasətçi, Məhərrəm və Ramazan ayında müctehid olurdusa bu hal bu il dahada hiddətləndi. Məhhərrəm ayında keçirilən əza məclisləri barədə o qədər müzakirələr getdiki bir yerdən sonra tərəflər artıq bir-birilərini dilə gəlməyəcək sözlərlə təhqir etməyə başladı.
Təbii ki, bu cür hallar sosial şəbəkələrdə baş verdi. Maraqlısı burasındadır ki, gedən mübahisələrdən istifadə edən anti-islami ünsürlər açıq şəkildə vəziyyətdən istifadə edərək hücuma keçdi. Bu tip şəxslər müəyyən məclislərdə, bəzi xəbər portallarında və sosial şəbəkələrdə islama olan düşmənçiliklərini aşkar formada biruzə verdilər. Hər dəfə etdikləri hücumlarda bu il möminlər arasında baş verən mübahisələr zamanı söylənilən fikirləri misal gətirib islami dəyərlərimizi şübhə altına almaq istədilər.  
Onsuzda İmam Hüseyn (ə) məclisinə dil uzadanların özlərində və mənəviyyatlarında problem var. Bu problemə görədə hər dəfə hücuma keçirlər. Amma bizim mömin qardaşlarımız niyə düşmənin fitnəsinə uyaraq ixtilafa getdi? Bax düşündürücü məqam burasındadır. “Uçan ələm” mövzusu ilə əlaqədar tanınmış xəbər portallarından birinin baş redaktoru tənqid edici yazı qələmə aldı və sosial şəbəkələrdə paylaşılmağa başladı. Düzdür bu yazıyada yetərincə cavab verildi. Ancaq bizim möminlər yenə özləri ilə mübarizə aparmağa davam edirlər. Sanki mübahisə etdikləri şəxslər qardaş dedikləri yox elə “uçan ələm” yazısını yazanlar və onların dəstəkçiləridir. “Məhərrəm-Səfər əyyamı”nda biz mənəvi cəhətdən istifadə etməliyik. Bu cür mübahisələr heç kimə xeyir gətirmir və gətirməyəcək. Çox dəyərli ruhanimiz Hacı Abgül Süleymanovun gözəl bir sözü var. Hacı Abgül deyirdi ki, “Kim Cənnətə getmək istəyirsə, keçən illərə nisbətdə bu Məhərrəm-Səfər aylarını öz canı, qanı, malı və bütün vücudu ilə gücləndirsin.”
Burada gücləndirmək deyəndə kiminsə İmam Hüseyn (ə) məclislərinə dil uzatmaqdan söhbət getmir əziz qardaşlar. Təbliğatımızı gücləndirməliyik. Ən əsasda özünü demokrat göstərib, amma Aşura günü bütün çirkin niyyətini açıq aşkar ortaya qoyanlara mübarizəmizi davam etdirməliyik. İnanın ki, zalım və islam əleyhinə mübarizə aparanlara münasibətimiz nə qədər sərt olsa, bizim Allah dərgahında məqamımız bir o qədər yüksək olacaq. Çox xahiş edirəm bitirin bu boş boş mübahisələri və İmam Hüseyn (ə) məktəbini layiqincə təbliğ edin. Əgər bacarmırsınızsa susun və bacaranların qabağını kəsməyin.

islamazeri.az

Şərhi əlavə etmək