Təqlid Mərcələrinin (müctəhidlər) Hicab haqqındakı nəzərləri nədir?
Şəri Suala Cavab
Təqlid Mərcələrinin (müctəhidlər) Hicab haqqındakı nəzərləri nədir?
Ayətullah Xamenei: “Bu düzgün söz deyil və ən üstün hicab çadradır. Qara çadranın heç bir eybi yoxdur və bu geyim məkruh deyil”.
Təqlid Mərcələrinin (müctəhidlər) Hicab haqqındakı nəzərləri nədir?
Sual:
İslam düşmənlərinin ideoloji müharibəsində əsas hədəflərdən biri hicab, qadınların İslam meyarları ilə geyimidir. İlkin İslam dövürlərində qadınlar ev libaslarının üstündən iri parçaya bürünüb və bədənlərinin zərifliyi nəzərə çarpmayıb. Təəssüf ki, zaman ötdükcə bu ənənə aradan qalxıb və müxtəlif geyimlər bütün bədəni örtən kamil hicabın yerini tutub. Hazırda bəziləri iddia edir ki, artıq qara çadranın dövrü keçib və bu geyim məkruh, dində bəyənilməyən geyimdir. Bəs həqiqət haradadır? Dar, yuxa, bədəni göstərən, rəngarəng geyimlər hicabdırmı? Alimlərə belə bir sual ünvanlanıb ki, başqa libaslar qara çadranın yerini tuta bilərmi, doğrudanmı qara çadra məkruhdur?
Cavab:
Ayətullah Xamenei:
Bu düzgün söz deyil və ən üstün hicab çadradır. Qara çadranın heç bir eybi yoxdur və bu geyim məkruh deyil.
Ayətullah Təbrizi:
Qadın öz bədənini görünməyən şəkildə naməhrəmdən örtməlidir. Onun zinətləri görünməməlidir. Hətta zinət sayılan geyimi örtməsi lazımdır. Çadra ilə bədən və zinətləri ən üstün şəkildə örtmək olar. Qara çadra da qara əba kimi məkruh deyil.
Ayətullah Behcət:
Qara çadranın məkruh olması batil sözdür.
Ayətullah Safi Gülpayiqani:
Deyilən söz düzgün deyil və onun xeyli fəsadı var. Təəssüf ki, dövrümüzdə bəziləri qadının bədəninin görünməsinə aparan iddialar üzərində israr göstərirlər. Bu münasibət qadının şəxsiyyət və ləyaqətinin əsası olan iffətə ziddir. Bu hərəkətlərinə İslam donu geyindirmək istəyirlər. Həl halda dində belə bir şey yoxdur.
Ayətullah Fazil Lənkərani:
Qara çadra ən üstün hicab növüdür. Diqqəti cəlb edən libaslar geyinmək haramdır.
Ayətullah Məkarim Şirazi:
Hazırda qadının hifzi üçün qara rəng üstün sayıldığından bunun məkruh olduğu sübuta yetməyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Şərhi əlavə etmək