İSLAMIN ILKIN ILLƏRI (22)

İSLAMIN ILKIN ILLƏRI (22)

MÜHACIRLƏRIN QALIB GƏLMƏSININ SƏBƏBLƏRI

Mühacirlərin Səqifədə qalib gəlməsinin bəzi əsas səbəbləri bunlardır:

1. Ovs və Xəzrəc qəbilələri arasında əsaslı ixtilaf olması. Səqifə yığıncağında təkcə qorxu mühacirlərin rəhbərliyə gəlməsi məsələsi idi. Bu amil iki tayfa arasında zahiri birlik yaratmışdı. Buna qədər isə nə o gün, nə də ondan qabaq bir-birləri ilə heç bir birlikləri olmamışdı. Elə o gündə də Sə`d ibn Ubadənin rəhbərliyini irəli sürən təkcə xəzrəclilər olmuşdu.

Təbəri və İbn Əsir yazırlar: Bu iki qəbilənin bir-biri kənarında yaşadıqları zamanda da, onlardan biri müəyyən bir iş görmək istədikdə, o biri tayfa onunla rəqabət apararaq eyni işi görüb deyirdi: Heç vaxt bu işdə bizdən üstün olmayacaqsız!”[1]

Sonuncu dəfə aralarında müharibə hicrətdən altı il qabaq baş vermişdi. Deyilənlərə görə, xəzrəclilər məkkəlilərdən kömək almaq üçün ora gəlmiş, elə həmin səfərdə Allahın Rəsulu ilə tanış olaraq hidayət tapmışdılar. Aralarında olan ixtilaf bu iki dəstəni nə qədər rəqabətə və zəifliyə çəkmişdisə, bir o qədər də qarşı tərəfi gücləndirmiş və ixtilafdan lazımınca faydalanmaq fürsəti yaratmışdı. Bu qarışıqlıqda hər dəstə qüdrəti öz əlinə almaq haqqında fikirləşir, Əli ibn Əbi Talib (ə) kimi şəxsiyyətlər haqqında söz deməyə heç kəsin haqqı yox idi. Belə bir yerdə hər hansı tərəf Əlidən söz açsaydı həqiqətdə öz qalib gəlmə fürsətini əldən verməklə qarşı tərəfə fürsətdən daha səmərəli istifadə etmək imkanı yaratmış olacaqdı.

2. Əbu Bəkrin Peyğəmbərin hədisindən istifadə etməsi. O, Peyğəmbərin buyurduğu:الائمة من قريش [2]

“Ümmətin başçıları Qureyşdəndır.”

3. Ənsar qarşısında siyasi üstünlük. Mühacirlər, məxsusən onların islamda qabaqcıl olanları ənsarla müqayisədə on il düşmənə qarşı mübarizə və siyasi keçmişə malik idi. Bundan əlavə, onların Məkkədə işləri daha çox ticarət səfəri olduğundan ictimai və siyasi məlumatları daha çox idi. Əksinə olaraq, daha çox əkinçiliklə məşğul olan ənsarın siyasi təcrübəsi, heç bir əsası olmayan müharibələr olmuşdu. Bu da öz növbəsində düşmənçik və cəhaləti dərinləşdirməkdən savayı heç bir şey onlara verməmişdi. Onların səhv düşüncələrindən biri bu idi ki, Əli ibn Əbi Talibin (ə) hakim olması ilə başqa bir nəfərin rəhbərliyi arasında heç bir fərq görmürdülər. Münafiqdən savayı hər kəs olursa-olsun, isalamın qorunması və genişlənməsi üçün çalışacaqdır. Onların ilk siyasi təcrübəsi olduğundan, insanlar arasında azca əqidə və ya səliqə ixtilafının hökuməti tamamilə başqa bir tərəfə apara biləcəyini bilmirdilər.

4. İctimai və dini üstünlük. Ərəblər arasında üstün cəhəti kimi, Peyğəmbərlə qohumluq amilinə istinad etmə ənsarı sakit etsə də, həqiqətdə avam aldatma üçün bir seçim idi. Çünki Peyğəmbərlə daha yaxın ünsiyyətdə və daha yaxın qohum olanlar xilafətdən məhrum oldular. Necə ki Əli ibn Əbi Talib bu haqda Səqifə yaradıcılarına xatırladaraq onları danlamışdı.

5. Əbu Bəkrin üstünlükləri. Əbu Bəkrin Səqifədə digər xilafət iddiası edənlərdən daha çox etimad qazanaraq bir dəstənin onunla beyəti qəbul etməsinə üstünlük verən cəhətlər, onun islamı ilk qəbul edənlərdən olması, Peyğəmbərin xanımının (Ayişənin) atası olması, mağarada Peyğəmbərlə yanaşı olması,[3] qocalığı, ticarətdə olan təcrübəsi, öz hədəflərinə çatmaq üçün camaatı yaxşı tanıması və səbirli olması idi. Bütün bunlardan əlavə, Məkkədə Qüreyş qəbilələri Bəni-Məxzum, Bəni-Üməyyə və Bəni-Haşimi cana yığmış qüdrət və siyasi çarpışmalarda iştirakı olmayıb bitərəf kimi tanınan Bəni Təmim qəbiləsindən sayılırdı.

Digər bir iddia Peyğəmbərin göstərişi ilə namaz qılması məsələsi idi. Bu işə ilk dəfə işarə edən şəxs Ömər, rəvayət edən isə möminlər anası Ayişədir. Ömərin etiqadına əsasən, Peyğəmbərin Əbu Bəkrə, məsciddə namaz qılmasına göstəriş verməsi həqiqətdə onun rəhbərliyini təsdiqləməsi deməkdir. Halbuki əsl məsələnin baş verməsi şübhəli olmasından əlavə, Ayişənin bu haqda etdiyi bu rəvayətlər onlarla yerdə bir-biriylə ziddiyyət təşkil edir.[4]

Əbu Bəkrin digər xüsusiyyətləri – fürsətdən istifadə etmə bacarığını, hazır olanların diqqətini cəlb etmə məharətini, yerində təsirli sözlərdən yararlana bilməsini qeyd etmək olar. O, atəşin sözlərdən istifadə edib ənsarın ixtiyarını əlindən alaraq onları öz dediklərini təsdiq etməyə məcbur etdi.

6. Ömər ibn Xəttabın mühüm rolu. İbn Əbil-Hədidin dediyinə görə, Ömər və onun sə`yləri olmasaydı, Əbu Bəkr xilafətə çata bilməzdi. Hadisələrin gedişi Əbu Bəkrin xilafətə yetişməsi Ömərin ondan daha........

7.İmam Əli ibn Əbi Talibin orada olmaması. Allahın Rəsulunun (s) dəfn mərasimini keçirmək və o həzrətin qəm qüssəsi onu şurada iştirak etməkdən saxladı. Amma bunu da inkar etmək olmaz ki, Səqifədə olanların bir çoxu Əli ibn Əbi Talibin xilafətə meyli olmamasını və onu tərk etdiyini düşünmüşdü.

 




[1] “Tarixül-üməmi vəl-müluk”, 3-cü cild, səh7 , ”Şərhi Nəhcül-bəlağə”, İbn Əbil-Hədid, 17-ci cild, səh. 223.

[2] Bu haqda “Peyğəmbər (s) və онун canişini” bəhsində danışacağıq.

[3] Şiə rəvayətlərinə görə və eləcə də bəzi sünnü mühəqqiqlərinin fikrincə Əbu Bəkr əvvəlcədən Peyğəmbərlə (s) olmamış və yolda O həzrətə qoşulmuşdu (“Əl-Durrul mənsur”, Siyuti 4-cü cild, səh. 196).

[4] Bu ziddiyyətlər haqqında “Əl-təbəqatul kübra” 2-ci cild, səh. 223, “Əl-kamilu fit-tarix” 2-ci cild, səh. 322.

Şərhi əlavə etmək