10 HƏDIS (12)

10 HƏDIS (12)

 

Hədis 111: Həzrət Əli (ə) buyurur: “Kimə bu dörd şey verilsə, ona dünya və axirət xeyri verilmişdir: danışıqda düzlük, əmanəti qaytarmaq, qarnı (haramlardan) gözləmək, xoş xasiyyət.”

* * *

Hədis 112: Həzrət Əli (ə) buyurur: “Qəzəbdən çəkin ki, onun başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır.”

* * *

Hədis 113: Həzrət Əli (ə) buyurur: “Ağıllı şəxs odur ki, dilini saxlasın.”

* * *

Hədis 114: Həzrət Əli (ə) buyurur: “Yalan dünyada rüsvayçılıq, axirətdə isə əzabdır.”

* * *

Hədis 115: Həzrət Əli (ə) buyurur: “Allaha itaətə səbr etmək, Onun əzabına səbr etməkdən asandır.”

* * *

Hədis 116: Həzrət Əli (ə) buyurur: “Mö`min o adamdır ki, sevgisi Allaha görə, nifrəti Allaha görə, alış-verişi də Allaha görədir.”

Hədis 117: Həzrət Əli (ə) buyurur: “Alim cahili tanıyır, çünki özü də əvvəl cahil olmuşdur.”

* * *

Hədis 118: Həzrət Əli (ə) buyurur: “Nadan alimi tanımır, çünki özü əvvəl alim olmamışdır.”

* * *

Hədis 119: Həzrət Əli (ə) buyurur: “Yaxşı işlər istisna olmaqla, bütün işlərdə ifrat etmək pisdir.”

* * *

Hədis 120: Həzrət Əli (ə) buyurur: “İnsan üçün nadanlığın ziyanı, cüzamın onun bədəninə vurduğu ziyandan daha çoxdur.”

* * *

 

Şərhi əlavə etmək