İSLAMIN ILKIN ILLƏRI (14)

İSLAMIN ILKIN ILLƏRI (14)

İSLAMIN ILKIN ILLƏRI (14)

ALLAHIN RƏSULUNUN (S) VƏFATININ INKARI

Peyğəmbərin (s) vəfatı xəbəri dillərdə gəzməyə başladıqda, Ömər ibn Xəttab[1] fəryad çəkib qışqırdı: “Heç də belə deyildir.” Bu, bəzi münafiqlərin sözüdür ki, Peyğəmbərin ölməsini güman edirlər! Camaat, bilin! Allaha and olsun ki, Peyğəmbər ölməmişdir. Musa Pərvərdigarına tərəf getdiyi kimi, o da Pərvərdigarına tərəf getmişdir. O, qırx gün ardıcıllarından uzaq düşdükdən sonra ölüm xəbəri yayılmış və daha sonra yanlarına qayıtmışdı .Allaha and olsun! Allahın Rəsulu qayıdacaq, onun ölməsini güman edənlərin əl-ayağını kəsəcəkdir.”[2]

O, durmadan camaatı qorxudur, vəhşət və şəkk içində saxlayırdı[3].O sözləri təkrar etməkdən ağzı köpüklənmişdi[4]. Deyirdi: “Onun ölməsini deyən hər bir kəsin başını bu qılıncla bədənindən ayıracağam![5] Allah Öz vədini onun əli ilə həyata keçirməyincə, onu Öz yanına aparmaz. Peyğəmbər münafirləri məhv etməyincə ölməyəcəkdir!”[6]

Bu zaman həzrətin ailəsindən heç kəsin islamın əziz Peyğəmbərinin vəfat etməsində şəkki yoxdu. Elə buna görə də Peyğəmbərin əmisi Abbasdan savayı heç kəs ona fikir vermir və onunla danışmırdı. Təkcə bir-iki nəfərdən başqa ki, onun qışqırığını eşidib dedilər: “O nə deyir?” Soruşun görün, Allahın Rəsulu sənə bu barədə bir sözmü deyib ki, bu qədər qarışıq söz danışırsan!” O, cavabında dedi:”Yox!”[7]

Peyqəmbərin (s) vəfat etməsi mövzusu öz ailəsi və camaat üçün o qədər aydın idi ki, kor olan və Peyğəmbərin bədənini görməyən Umm Məktum* da Abbas kimi, Ömərə etiraz edib dedi: Sən özündən nə deyirsən! Məgər Quran buyurur:

و ما محمد الاّ رسول قد خلت من قبله الرّسل اَفإن مات او

قُتل انقلبتم على اعقابكم و من ينقلب على عقبيه فلن يضرّ الله شيئاً و سيجزى الله الشّاكرين[8]

Mühəmməd (s) yalnız bir Peyğəmbərdir ki, ondan öncə Peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız?! Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükür edənləri mükafatlandıracaqdır.

Abbas deyir: “Allahın Rəsulunun vəfatında şəkk yoxdur. Gəlin Onu dəfn edək. (Vəfat etməsi yüz faiz olduğu halda) Allah sizə bir, Rəsulunasa iki dəfə ölümü dadızdıracaqdır! O, bundan ucadır ki, iki dəfə dünyadan getsin. Gəlin onu dəfn edək. Onun ölməməsi əgər düz olarsa Allah üçün torpağı onun üstündən kənar etmək çətin deyildir və...”

Bununla belə, Ömər onların e`tirazlarına azacıq bir əhəmiyyət vermədən öz sözünə israr edirdi. Əbu Bəkr Sunhdan çatana qədər bu iş davam etdi. Gözü Peyğəmbərin mübarək bədəninə düşən kimi başqalarının ondan qabaq oxuduqları həmin ayəni oxudu, Öməri sakitləşməyə çağırdı.O, da sakit olub yerə oturdu[9] və dedi: "Sanki bu ayəni ilk dəfədir ki eşidirəm.[10] Ayə bu Qurandandır?!”[11]

VƏFATI INKAR ETMƏNIN SIRRI

Əhli-sünnənin tədqiqatçi və tarixçiləri Ömərin e`tirafını əsas tutaraq hədəfinin Əbu Bəkrin Mədinəyə yetişməsinə fürsət yaratmaq olduğunu bildirmişlər.

İbn Əbil-Hədid yazır:

Ömər bu rəftarı ilə Əbu Bəkrin gəlib yetişməsinə fürsət yaratmaq istəyirdi. Çünki sabahı günü Səqifədə Əbu Bəkrin məsciddə çıxışından qabaq keçən gün Peyğəmbərin vəfatını inkar edən sözləri barədə üzr istəyərək dedi: “Allahın Rəsulunun vəfat etməsini gördükdə, rəhbərlik üstündə qalma-qal qalxmasından, ənsar və başqalarının iş başına gələ biləcəyindən, yaxud İslamdan dönəcəklərindən qorxdum.”[12]

Ömərin açıqlamaları həqiqətdə Əbu Bəkr gəlib yetişənə qədər din və dövlətdən himayə etməyə görə idi. O, xilafətə görə ənsar və başqaları tərəfindən ehtimali qarşıqlığın qarşısını almaq, eləcə də islamdan dönüb mürtəd olmaq fikrin başında gəzdirənləri qorxutmaq üçün bu mətləbi demiş və bir çox düşünülmüş işlərin qarşısını almışdı. Məsləhətə görə olan belə yalana hər dində icazə verilmişdir![13]

O,cammatı müəyyən qədər həzrətin dünyadan getməsi barədə şəkkə salaraq, Peyğəmbərdən sonrakı vəziyyət barədə düşünməkdən qafil etdi. [14]Ömərin öz məqsədinə çatmaq üçün fikirləşməyə geniş vaxtı olmasa da, çəkdiyi planın bir neçə çəhəti vardı:

1) Bu plan Peyğəmbəri (s) istəyənlər üçün ümüdverici idi. Onlar sözün düz çıxmasını arzu edir, öz rəhbərlərini bu tezliklə əldən vermək istəmirdilər;

2) Bu planın Qurandan şahidi vardı.Mühəmməd xatəm (s) də Musa (ə) kimi Allahın görüşünə tələsmiş və tezliklə qayıdacağına ümüd verirdi;

3) Bu iddiaya əsasən Peyğəmbər diri olduğu üçün, canişin təyin etmək üçün tələsməyə heç bir ehtiyac yoxdu;

4) Peyğəmbərin ölməsinə inanan şəxs münafıqdır.[15] Onun canişini ilə beyət etməyə qədəm götürmək nifaq əlaməti və müsəlmanlar arasında ixtilaf salmaqdır;

5) Peyğəmbərin ölümünə inanıb, onun canişini ünvanında bir kəslə beyət edənin əl-ayağı kəsilməlidir;

6) Ömərin Əbu Bəkr gələnə qədər heç kəsin sözünə fikir verməməsi, lakin o gələndən sonra onun bir cümləsi ilə susması ,Əbu Bəkri böyütmək üçün mahiranə atılmış bir addım idi. Bu səhnə qabaqcadan qurulmasa da bu qədər kifayətdi ki, camaata Əbu Bəkrin islam cəmiyyətində və vəziyyəti sakitləşdirməkdə rəhbərlik rolunu xəbərdarlıq etmiş olsun.

Təəccübləndirici, eyni halda təəssüfləndirici haldır ki, bəzi vaxtlar şiəyə aid olmayan kitablarda, baş vermiş rəftarı yozmaq və müdafiə etmək üçüçn yazırlar: “Ömərin bu rəftarı ,onun Peyğəmbərə olan şiddətli məhəbbətindən irəli gəlmişdir.O, Peyğəmbərin vəfatını eşitdikdə vəhşətə düşən kimi olmuşdur!” Halbuki Ömərin özü o günün sabahı məsciddə camaatın qarşısında etdiyi rəftarına görə sözlər deyir ki, bu tərəf tutulma ilə heç də uyğun gəlmir.

Bundan əlavə, soruşmaq lazımdır ki:

1) Əgər o, Peyğəmbərin ölümündən vəhşətə düşmüş və belə bir rəftar etmişdisə, onda nə üçün Əbu Bəkrin Peyğəmbərin ölümünü təsdiqləməsindən sonra onun vəhşəti daha da artmadı?! Əkisinə sakitləşərək yerə oturdu və daha sonra Səqifəyə yollandı!

2) Nəyə görə onun dəhşəti Əbu Bəkrin xəbərindən sonra aradan getdi?! Beləlikə islamı ərb yarımadasında kim möhkəmlədəcəkdi?! Əbu Bəkrin oxuduğu ayələrdən sonra onun əqidəsində dəyişiklik olmamalıdırmı?! Belə ki, ayə Peyğəmbərin də başqa adamlar kimi öləcəyini çatdırır, o isə Peyğəmbərin hələ ölməməsini və ölüm vaxtının çatmamasını deyirdi! Onun fikrincə, hələ də işlər yarımçıq və yerinə yetməmiş vəzifələr qalmışdı[16]

3) Peyğəmbərin vəfatını bildikdən sonra, həzrətin əzadarlığında, qüsul verilməsində və dəfnində iştirak etməyib gecikmədən Səqifəyə getdi?!

4)Nə üçün ondan başqa heç kəs qorxu və dəhşətə düşmədi?! Görəsən, onun qüssəsi Peyğəmbərin əziz qızının kədərindən artıq idi?! Nə üçün nazik qəlbli tanıtdırılan Əbu Bəkr belə bir hala düşmədi?!

5) Etdiyi rəftar Peyğəmbərə qarşı olan məhəbbətdən olsaydı, onda gərək sağlığında “sayaqlayır” nisbətini Ona verməməklə yanaşı digərlərinə də “bu kişinin fikri özündə deyil və nə danışdığını bilmir, odur ki, sözünə qulaq asmayın”deməyəydi.

6) Necə olur ki , Peyğəmbərin vəfat etməməsi şübhəsi təkcə Ömər ibn Xəttab və Osman ibn Əffan üçün qarşıya çıxır?! Onlar hansı ayə və hansı hədisə əsasən belə qənaətə gəldilər ki, Allahın Rəsulu ölməmiş və həzrət Musa kimi miqata getmişdir və tezliklə qayıdacaqdır?

7) Usamənin qoşununun hərəkət etmədə gecikməsi üçün üzr gətirərək “halını müsafirlərdən soruşmaq istəmədim” –dedikdə yaxşı olardı ki, Ömər “bu taqətsizlik nəyə görədir! Allah boynunuza minnət qoymuşdur ki verdiyi vədələr yerinə yetirməyincə Peyğəmbər dünyadan getməyəcəkdir” – deyəydi.[17]

8) Onun kimi bir kişiyə rəvadırmı ki, araşdırmadan və yəqin ələ gətirmədən belə bir səs-küy qaldırsın?

9) Necə olur ki, Əbu Bəkr Ömərə Peyğəmbərin (s) vəfatı haqqında olan səhvini başa salır, lakin bundan böyük olan işi həzrətə verdiyi sayıqlamaq nisbətini heç vaxt onun qulağına vurmur?

İbn Əbil-Hədidin e`tirafına əsasən bütün qışqırıqlar Əbu Bəkr yetişənə qədər vaxtı öldürməyə görə idi və bundan savayı heç bir başqa səbəb yoxdu.[18]

 

 

[1] Tarix mənbələrində o qarışıqlıqda Ömərdən savayı onunla həmrəy olanlar arasında Osmanın da adı qeyd olmuşdur. O, qışqıraraq , Peyğəmbərin ölməsini açıqlayan hər kəsin dilini kəsəcəyəm deyirdi. (“Əl-Osmaniyyə” səh. 79 , “Ənsabül əşraf” 1-ci cild, səh. 567).

[2] “Tarixül-üməmi vəl-müluk”, 2-ci cild, səh. 232, “Əl-kamilu fit-tarix”, 2-ci cild, səh. 323, “Əт-təbəqatul-kübra” 2-ci cild, səh. 226, “Əl-sirətül nəbəviyyə” 4-cü cild, səh. 315, ”Müsnədi-Əhməd”, 5 və 6-cı cild, səh. 219, “Tarixи Yə`qubi” 2-ci cild, səh. 95, “Əl-bidayətü vән-nihayə”, 5-ci cild, səh. 244.

[3] “Əс-sirətül-Һələbiyyə”, 3-cü cild, səh. 349.

[4] “Əт-təbəqatül-kübra” 2-ci cild, səh. 276.

[5] “Tarixül-üməmi vəl-müluk”, (altı cildli)3-cü cild, səh. 198, (Hüseyniyyə çapxanası, 1323-ҹү qəməri или), “Nəhcül-bəlağənin şərhi”, (Иbn Әbil-Hədid), 2-ci cild, səh. 40.

[6] “Əт-тəbəqatül-kübra”, 2-ci cild, (ikinci hissə)səh. 54, “Kənzul ummal” 4-cü cild, səh. 50, “Tarixи-Зəhəbi”, 1-ci cild, səh. 37, “Müsnədi-Əhməd”, 2-ci cild, səh. 219.

[7] “Əl-bidayətu vән-nihayə”, 5-ci cild, səh. 243. Təəssüflər olsun ki, bəzi müasır təhqiqçilər bu barədə öz kitablarında elə açıqlamalar aparıblar ki, güya Ömərin bu rəftarı onu Peyğəmbərin ölməsinə inana bilməməsi olmuşdur. (Tarix təhlili Иslam (Иslam tarixinin araşdırılması) “Cəfər Şəhidi” səh. 104-105) Halbuki Ömər özü o günün sabahı öz dediklərində başqa bir şeyi qəsd etdiyini açıqlamışdır .

*Məşhur нәзәр budur ki, o, tamamilə kor olmuşду və “Əbəsə”surəsində olan ”Ə`ma” kəlməsi onun haqqındadır. Adı Əmr ibn Qeys Qureşi (Əmr ibn Zaidə), кünyəsi Иbn Umm Məktumдур. Mədinənin azançısı və mühacirlərin ilk təbəqəsindəndir. Anası Umm Məktum, Abdullah ibn Əntəkə ibn Aiz Məxzuminin qızı Atikədir. Umm Məktum on üç dəfə həzrətin canişini ünvanında Mədinədə qalmışdır. Deyilənlərə görə, Qadisiyyə müharibəsində iştirak etmiş və şəhadətə yetişmişdi Bə`zilərinin yazdığına görə isə Qadisiyyə müharibəsindən sonra Mədinədə dünyadan getmişdir (“Əl-istiab” 2-ci cild, səh. 494-495, “Usdul ğabə” 4-cü cild, səh. 127, “Əl-isabə” 2-ci cild, səh. 516 və 4-cü cild, səh. 11).

[8] “Ali-İmran”surəsi, ayə: 144.

[9] “Kənzül-ummal” 4-cü cild, səh. 53 hədis 1092.

[10] “Əс-sirətül-Hələbiyyə” 3-cü cild, səh. 354, “Əl-sirətül nəbəviyyə” 4-cü cild, səh. 307, “Əl-bidayətü vəн-nihayə”, 5-ci cild, səh. 242.

[11] “Əl-bidayətü vəн-nihayə”, 5-ci cild, səh. 243.

[12] “Nəhcül-bəlağənin şərhi”, 2-ci cild, səh. 42.

[13] “Nəhcül-bəlağə” 2-ci cild, səh. 43.

[14] “Əsrari-Səqifə”, səh. 163.

[15] Ömər bu sözü дилинә gətirdiyi zaman Allahın Rəsulunun (s) vəfatını xəbər verən ilk şəxsin Əlи ibn Əbi Talib (ə) olmasını bilirdi.

[16] “Pişvayi əz nəzəre islam” (Rəhbərlik İslam nəzərində), səh. 84 və 385.

[17] “Əl-şafi” səh. 252 İbn Əbil-Hədiddən nəql olaraq. “Şərh nəhcul bəlağə” 2-ci cild, səh. 198.

[18] “Nəhcül-bəlağənin şərhi”, 2-ci cild, səh. 42-43.

Şərhi əlavə etmək