İSLAMIN ILKIN ILLƏRI (13)
İSLAMIN ILKIN ILLƏRI (13)
PEYĞƏMBƏRIN (S) REHLƏTI ƏRƏFƏSINDƏ
Allahın Rəsulu (s) son həcc səfərində[1], Məkkədə (ərəfədə)[2], Qədir-Xumda [3], xəstəliyindən qabaq Mədinədə [4] və ondan sonra [5] yoldaşları arasında, ümumi çıxışlarında heç bir qaranlıq nöqtə olmadan, tam aydın şəkildə vəfat edəcəyindən xəbər vermişdi.Quran da Allahın Rəsulunun (s) ardıcıllarına bu xəbəri verərək, Peyğəmbərin bu dünyada yemək, geyim, ailə qurmaq, xəstələnmək və qocalıqda digər insanlar kimi olmasını və onlar kimi dünyadan gedəcəyini bildirmişdi.[6]
O həzrət “Həccətul-Vidada” (“Vida” həccində) “Rəmy Cəməratda” (Həcc mərasimində yerinə yetirilən vacib əməllərdəndir) buyurdu: “Əməllərinizi məndən öyrənin. Mümkündür bu ildən sonra bir daha həccə gəlməyim. [7] Məni bir daha bu yerdə görməyəcəksiz.”[8] Qayıtdıqları zaman da hacıların izdihamlı yığıncağında buyurdu: “Mümkündür çağırılam və Haqqın dəvətini qəbul edəm.”[9]
Abdullah ibn Məs`ud deyir: Allahın Rəsulu (s) vəfatından bir ay qabaq, dünyadan gedəcəyi haqda bizə xəbər verdi. Mən dedim: “Ey Allahın Rəsulu! Vəfatınız nə zaman olacaqdır?” Buyurdu: “Ayrılıq zamanı yaxınlaşmışdır və qayıdış Allaha tərəfdir.”[10]
Başqa bir zaman buyurdu:
Çağırılmağım və Haqqın dəvətini qəbul etməyim yaxınlaşıb. Sizin aranızda iki qiymətli və ağır əmanət qoyub gedirəm: Allahın kitabı və Əhli beytim. Lətif və hər şeyi bilən Rəbbim mənə xəbər verib bildirdi ki, onlar “Kövsər” hovuzunun yanında mənimlə görüşənə qədər bir-birindən ayrılmayacaqdır. Belə isə, onlarla edəcəyiniz rəftar barəsində yaxşı fikirləşin.[11]
Bir gün o həzrətə xəbər verib camaatın onun ölüm xəbərindən qəmli və nigəran olduğlarını bildirdilər. Peyğəmbər (s) Fəzl ibn Abbas və Əli ibn Əbi Talib (ə) söykənmiş halda məscidə gəldi. Allaha həmd-səna etdikdən sonra buyurdu: “Mənə xəbər verib dedilər ki, siz Peyğəmbərinizin ölümündən narahatsınız. Məndən qabaq əbədi olan Peyğəmbər olmuşdurmu?! Bilin ki, mən öz Rəbbimın rəhmətinə qovuşacağam.”[12]
Başqa bir fürsətdə “Ənsarın” hüquqlarına riayət etməni camaata tövsiyə edib buyurdu:
“Ey ənsar, ayrılıq zamanı yaxındır. Mən də`vət olunmuş və onu qəbul etmişəm! Bilin, iki şey vardır ki, mənim fikrimcə, onların arasında fərq yoxdur. Əgər onlar müqaisə olunarsa aralarında bir tük qədər belə fasilə qoylmaram. Onlardan birini kənara qoyan, sanki digərini də də kənara qoymuşdur.O iki şey – asimani kitab və risalət Əhli beytidir. Əhli beyt barəsində olan tövsiyəmə diqqət edin. (Həmçinin buyurdu) Sizi bir şeyə hidayət etməyimmi ki, ona sarıldıqdan sonra heç vaxt haqdan çıxmayasınız?!” Dedilər: “Bəli, ey Allahın Rəsulu!” Buyurdu: “Əlidir. Ona hörmət edib uca tutun. Məni dost tutmaqla onu dost tutun, mənim hörmətimə görə onu uca tutub hörmət edin. Dediklərimin hamısını Cəbrail Allah tərəfindən mənə əmr etmişdir.”[13]
İbn Həcər yazır: Peyğəmbər vəfatı ilə nəticələnən tamamlanan xəstəliyində buyurdu: “Tezliklə vəfatın yetişəcək. Mən öz sözümü sizə çatdırıb bəhanə və üzr yolunuzu bağladım. Agah olun! Mən Allahımın kitabını və öz Əhli-beytimi sizin aranızda qoyub gedirəm. (Daha sonra Əlinin əlindən tutub yuxarı qaldırıb buyurdu:) Bu Əli ibn Əbutalibdir ki, həmişə Quranla və Quran da Əliy ilədir. Bu işi qiyamət günündə mənimlə görüşənə qədər bir-birindən ayrılmayacaqlar.”[14]
Həftənin 1-ci gunu Allahın Rəsulu (s) öz həyatının son günündə məsciddə sübh namazını qılandan sonra buyurdu: “Camaat! fitnələr atəşi alovlanmış, gecənin qaranlığı dalğaları kimi sizə üz gətirmişdir.”[15]
Allahın Rəsulu (s) başı Əli ibn Əbi Talibin (ə) ətəyində olan halda dünyadan getdi.[16] O, Allahın Rəsulu (s) ilə danışan sonuncu adam idi.[17] O, hönkürmü ilə ağlayaraq Peyğəmbərin vəfatını ətrafda olanlara xəbər verdi. Bu zaman Əbu Bəkr öz yaşadığı yerə “Sunh-a” [18] getmişdi.Ayişə adam göndərib onu tez bir zamanda şəhərə gəlməsini istədi.[19]
[1] “Əl-kamilu fit-tarix”, 2-ci cild, səh. 302, “Tarixül-üməmi vəl-müluk”, , 2-ci cild, səh. 205.
[2] “Tarixi-Yəqubi”,” 2-ci cild, səh. 109.
[3] Јенә орада.
[4] “Əl-кamilu fit-Tarix” 2-ci cild, səh. 318.
[5] “Nəhcül-bəlağənin şərhi”, 3-cü cild, səh. 189-190.
[6] “Fussilət” surəsi, ayə: 6, “Al-İmran”surəsi, ayə: 144.
[7] ”Əl-bidayətü vən-нihayə” 5 və 6-cı cild, səh. 323(Beyrut çapı).
[8] “Əl-kamilu fit-tarix” 2-ci cild, səh. 302, “Tarixül- üməmi vəl-muluk” 2-ci cild, səh. 205.
[9] “Əl-qədir”, 1-ci cild, səh. 11.
[10] “Sirətül-Mustafa” səh 709, “İbn Əbil-Hədidin nəhcül bəlağəyə olan şərhi” 3-cü cild, səh. 189-190
[11] “Müsnədi-Əhməd”, 3-cü cild, səh. 16 və 17.
[12] “Əы-sirətül-Нələbiyyə”, 3-cü cild, səh. 348.
[13] “Nəhcül-bəlağənin şərhi”, , İbn Əbil-Hədid 9-cu cild, səh. 170, “Hilyətül övliya”, 1-ci cild, səh. 63, “Məcməuз-zəvaid”, 9-cu cild, səh. 132, “Kifayətuт-talib”, səh. 210, “Mətalibus-suаl” 1-ci cild, səh. 60” “Səhabələrin ədaləti nəzəriyyəsini araşdırılması”ndan нәглән, səh. 289.
[14] “Əс-səvaiqül-muhriqə”, 9-cu bab 2-ci fəsl səh. 75.
[15] “Tarixül uməni vəl muluk” 2-ci cild, səh. 231, “Əl-təbəqatül-kubra” 2-ci cild, səh. 254, “Əl-sirətül-hələbiyyə” 3-cü cild, səh. 350 və buyurdu: Mən sizin şirk etmənizdən qorxmuram. Qorxum dünya üstündə bir-birinizlə davaya qalxıb rəqabət apаrmağınızdandır.” (“Əl-təbəqatül-kubra”, 2-ci cild, səh. 205).
[16] “Əт-təbəqətül-kubra”, 2-ci cild, səh. 380 və 381.
[17] “Təlxisи-Zəhəbi” 3-cü cild, səh. 139, “Əl-mustədrəkü əlәс-səhiheyn”, 3-cü cild, səh. 14, “Əl-musənnəf Иbn Әbi Şeybə”, 6-cı cild, səh. 348, “Məcməuз-zəvaid”, 9-cu cild, səh. 112, “Kənzül-ummal”, (ikinci çap), 15-ci cild, səh. 128, һәдис: 374.
[18] ”Sunh”Haris ibn Хəzrəcin qəbiləsinin qaldığı yer idi. Suneydə və sinhan adlarıyla məşhurdur. (“Лisanul-ərəb”, “сunh” maddəsində. Sunh Mədinənin şimalından yarım fərsəx məsafədə yerləşirdi. (“Əl-təbəqatul kübra” 2-ci cild, səh. 265).
[19] Deyilənlərə görə, Əbu Bəkrə Peyğəmbərin dünyadan getməsini çatdıran ilk şəxs Salim ibn Übeydə olmuşdur. (Əbu Huzeyfənin azad etdiyi qulu) (“Əl-bidayətü vəl nihayə” 5-ci cild, səh. 244).
Şərhi əlavə etmək