HƏZRƏTI ƏLI (Ə) VƏ ZƏHRA (S) NÜMUNƏ OLARAQ

HƏZRƏTI ƏLI (Ə) VƏ ZƏHRA (S) NÜMUNƏ OLARAQ

Səhərdən axşama qədər gördüklərimiz, təkəbbür, zülm, fironçuluq, qeyri həqiqi təzimlər, xəbərçilik, mədh və sitayişlərdir. Pulu, məqamı olmayan şəxslərə etinasızlıq olunur və hörmətsizik edilir. İdarələrdə, müəssisələrdə və müxtəlif yerlərdə İslamın əksi özünü göstərir.
İslam elə bir dindir ki, onun təvazökar rəhbəri bir məntəqənin hörmətli valisinə, dövlətlilərin çağırıldığı qonaqlıq məclisində iştirak etdiyinə görə, danlaq məktubu göndərir.
İslam elə bir dindir ki, İslamın yüksək şəxsiyyəti Həzrət Zəhra (s.ə) əli ilə buğda üyüdür və su çəkir. Həyat yoldaşının evində olduğu zaman (İslamın böyük şəxsiyyəti və yeganə fateh qəhrəmanı) döşənəcəkləri bir qoyun dərisi idi! İslamın böyük rəhbəri Peyğəmbər (s) belə dua edirdi: “Allah, məni miskin yaşat, miskin öldür və miskinlərlə məhşur et.”

Duanın mənası bu deyil ki, mənə nemət vermə, əməlimi nəticəsiz et və cəmiyyətdə məni heç bir təsirə malik etmə. Dua, Peyğəmbər (s)-in sərvət toplamağa qarşı nifrətini, hərislikdən, paxıllıqdan uzaqlığını və Allah yolunda infaq etməyi sevdiyini bildirir. Miskinliyi sevib, onu Allahdan istəyən şəxs, sərvətin çirkinliklərindən və onun çirkin aqibətindən uzaq bir şəxsdir.
Müaviyə, Həzrət Əli (ə)-ın mədhində deyir: Biri saman və digəri qızıl ilə dolu iki anbara sahib olsaydı, qızıl dolu anbarı Allah yolunda bağışlayardı.
Həqiqətən, Peyğəmbər (s) elə bir rəhbər idi ki, ayla evində bişməli olmazdı. Çünki onu ehtiyaclılara verirdi.
Süveyd Cəfələyə dedi: Əmirəl-möminin İslam dünyasının rəhbəri və xəlifə olan zaman, hüzuruna daxil oldum. Kiçik həsirin üzərində oturduğunu gördüm. Evdə həsirdən başqa digər bir şey yox idi.
Ərz etdim: Ey Əmirəl-möminin, beytül-mal (İslam dünyasının dövlət xəzinəsi) sənin ixtiyarındadır, amma evdə lazım olan əşyaları görmürəm.
Buyurdu: “Ey Cəfələnin oğlu, ağıllı insan köçəcəyi evi əşya ilə doldurmaz. Biz elə bir evə sahibik ki, ən yaxşı əşyanı o evə göndərmişik (sonrakı aləm). Qısa müddətdən sonra özümüz də o evə köçəcəyik.”
“İbn Abbas dedi: “Zi Qari də Əli (ə)-ın məhzərinə getdim. Həzrət, başmağını yamaq vururdu. Buyurdu: Bu başmağın qiyməti nə qədərdir?
Dedim: Qiyməti yoxdur.”
Buyurdu: “And olsun Allaha, bu başmaq sizə əmir olmaqdan mənə sevimlidir. O zamana qədər ki, bir haqqı bərpa edim və ya bir istəyi cavablandırım.”
Bir şəxs Həzrət Əli (ə)-dan nə səbəbə görə yamaqlı libas geyindiyini soruşdu.
Həzrət buyurdu:
Ürək onunla təvazökar və nəfs ram olur. Möminlər də belə görüb, əməl edirlər. (Yəni, qiymətli geyimlərdə rəqabət aradan gedir). Belə bir din təlim-tərbiyə, iman, bihudə sərvət toplamağı və fəsadı aradan aparır. Müsəlman vicdanını oyadır və zəhərli balı ona tanıtdırır. Halal sərvətin sorğu-sualı, haramın isə əzabı var. Dünyada böyük sərvətə sahib olanlar, cəmiyyətin xeyri və məsləhəti yolunda istifadə etməsələr, qiyamətdə çox az bir hissədən bəhrələnəcəklər.
Sərvət toplamaq fikrində olmayan şəxs, pul və sərvətlə həyat sürən insanla müqayisədə rahatçılıqdadır.
Beləliklə, əxlaq, təlim- tərbiyə və İslam vicdanı iqtisadi balansın qorunmasında ən böyük amildir. Bununla belə, İslamın digər sahələri ona qoşulduqda, hətta kiçik eyiblər belə aradan gedəcəkdir.
Müsəlman dünyadan köçdükdə, cüzi miqdarda varının olmasına görə narahatdır. Çünki Peyğəmbərlə əhdi-peyman bağlamışdır ki, dünyada yaşayan bir nəfərin yükü, səfərə çıxan şəxsin yükü qədər olmalıdır.
Mədainin hakimi olan müsəlmandır ki, evinin hündürlüyü bir insan boyundan uca deyil. (Halbuki bütün gözəllikləri ilə insanı cəlb edən Sasani şahənşahlığının paytaxtını görmüşdü). Bununla belə, bütün təvazökarlığı ilə dövlət işlərinə məşğuldur.
“Salmandır ki, Həzrət Əli (ə) onun haqqında buyurdu: Biz Əhli-beyt (ə)dən biridir. Onun elmini tərif etdi. Peyğəmbər (s) buyurdu: “Salman biz Əhli-beyt (ə)dəndir.” Behişt üç nəfərin müştağıdır. Əli, Əmmar və Salman.” Əlinin şiələrindən və onun məktəbinin şagirdlərindən olan salmanın beytül-maldan gəliri beş min idi. Onu aldıqda isə ehsan edir və imkansızlara verirdi. Gündəlik dolanışığını öz zəhmət haqqı ilə əldə edirdi.
İslamın Əbuzəri idi ki, Osmanın zamanında ayağa qalxıb, Təlhə, Zübeyr, Mərvan və Bəni-Üməyyədən olan digər sərvətlilərin qabağında dayandı. Əbuzər idi ki, Osmanın velxərcliklərinə, saray uzatmaqlarına və Müaviyənin israfçılıqlarına qarşı mübarizəyə qalxdı və nəticədə, İslamın əksinə olan qurumu məhkum etdi.
Allah-təala İslamın əvvəlində olan müsəlmanların isar və bəxşişini, Quranda vəsf etmişdir. İslam Peyğəmbəri (s) əziz qızı Fatiməni iki məsələnin seçimində ixtiyar sahibi etdi. Birincisi dünya malı və ikincisi ona dua öyrətməsi. Fatimeyi Zəhra dünya malına ehtiyacı olduğu bir halda, duanı seçdi. Əli (ə)-a deyir: “Sənin yanından dünya malı üçün getdim, amma axirəti sənin üçün gətirdim.”
Həzrət Əli (ə) cavabında deyir: “Sənin ən yaxşı günlərindəndir, sənin ən yaxşı günlərindəndir, sənin ən yaxşı günlərindəndir.”
Bu məktəbin təqdim etdiyi iqtisadi sistem dəyişilməzdir. Bu quruluşda mövcud olan ticarət, “müzarəə” “müzarəbə”, “müsaqat” və “icarə” möhkəm və inkar edilməzdir.
İslamın iqtisadi və xüsusi malikiyyət üsulları qərb dünyasında və İslam adı altında yaşayan ictimai quruluşlarda icra edilən cahiliyyət iqtisadi əsaslarını dəyişdirdi.
İslamın üsullarına hücum edənlər, İslam həqiqətlərini görmür və ondan agah deyildirlər. Onlar, İslam ölkələrində olan bir qrup sərvətliləri görürlər ki, insanların qanını içirlər. mənasız yığıncaqlar, israfçılıqlar bihudə xərclər onların diqqətini cəlb edir. Onlar, agah olmadan İslam üsullarına da bu gözlə baxırlar. İslamın iqtisadiyyatından agah deyildirlər. İslamın gəliri və məsrəfindən xəbərdar deyildirlər. İslamın əxlaq və gözəlliklərindən bixəbərdirlər. İslamın bərabərlik, qardaşlıq əsaslarını nəzərdən qaçırırlar. İslamın dövlət quruluşu və siyasətindən xəbərsizdirlər.

 

Şərhi əlavə etmək