ÖVLAD TƏRBIYƏSI

 
           

ÖVLAD TƏRBIYƏSI

 

 

Allahın adı ilə

          Uşaqların tərbiyəsində fiziki tənbeh əsas etibarı ilə faydasız bir şeydir. Hələ bundan əlavə bu tənbeh tərbiyə metodunun qarşısını alan bir amil kimi sayılır. Mümkündür ki, uşaq tənbehi qorxusundan ilk başda hansısa bir qadağandan əl çəkərək böyükləri və tərbiyəçilərinin qarşısında o işi görməyə. Lakin əksər hallarda onun bu pis adəti tamamilə silinib getmir. Əksər hallarda uşaq fiziki təmbihin qorxusundan, giyləyə, yalançılığıa əl atır.

Fiziki tənbihin pis təsirləri

          Bəzən fiziki tənbehin əlacı olmayan zərərlər olur. O cümlədən:

1-Get-gedə uşaq zor işlənərkən sorğu-sualsız təslim olmağı adət edir. ,Və zor gücünün quldurluğun həmişə qalib olduğu məntiqinə inanır. Get-gedə uşaqda tənbeh edənə qarşı bədbinlik yaranır və nəticə etibarı ilə onda tərslik sözə baxmamaq halı meydana gəlir.

2-Belə uşaqlar sonralar adətən qorxaq şəxsiyyəti qırıq və normal ruhi keyfiyyətləri pozulmuş halda olur. Fiziki tənbehin pis təsirlərini nəzərə alaraq İmam Sadiq (ə) bunun uşağa qarşı xətərləri barəsində söhbət edəndən sonra əlavə edib buyurur: "uşağa dair cəza tədbiri deyil onu düzgün yolla tərbiyələndirmək gərəkdir".

          Bir çox tərbiyəçi və böyüklər də uşağın tərbiyəsində fiziki tənbehdən istifadə etməsələr də onlar uşağı qaranlıq və ya digər qorxulu yerlərdə məbus etmək, onu danlamaq, söymək və təhqir etmək kimi xoşa gəlməz tərbiyə üsullarına əl atırlar. Qeyd edək ki, bu cür tənbehlərin göstərdiyi mənfi təsirlər heç də fiziki tənbehlərdən az deyil.

          Tənbehlər səbəb olur ki, uşaq həm bu cür rəftar və danışıqlara adət edib böyüklərdən bunları öyrənə.

          Bundan da əlavə çoxlu danlaq nəticəsində uşaq get-gedə sözə baxmayan və tərs olur. Həzrəti Əli (ə) buyurur: "Danlağa ifrata varmaq (həddini aşmaq) tərsliyin atəşini daha da alovlandırar".

          İslam dini tərbiyə üçün məhəbbət, mehribanlıq, nəzakət və mülayimçilik metodunun başqa üsullarından daha faydalı və təsirli olduğunu məsləhət görür. Əlbəttə bütün bunlarla yanaşı bəzi vaxtlarda uşağın bəzi xoşagəlməz əməlləri müqabilində, ona uyğun əksüləməl göstərilməsi də lazım gəlir.

Tənbeh etmədə mühüm nöqtələr

          Uşağı tənbeh edərkən gərək aşağıdakı göstərişlərə diqqət oluna:

1-Lazım deyil ki, tənbeh həmişə dil ilə ola, hərdən bir baxış və ya etinasızlıq belə uşağa öz təsirini göstərə bilər.

2 Tənbeh etməzdən öncə gərək maraqlanıb pis iş görməyə bais olan amili taparaq aradan qaldırasan ki, uşağın o işi görməyinə bir daha şərait yaranmasın.

3 Gərək tənbehdən tərbiyə üsulunda ən axırıncı vasitə kimi istifadə oluna. Belə ki, uşağı tənbeh etmə olduqca məsuliyyətli işdir və gərəkdir ki, bu işdə olduqca dəqiq və ehtiyatlı olasan.

Məxsusən fiziki tənbehdə. Çox yaxşı olar ki, bu üsuldan son dərəcə az istifadə olunsun.

4 Səy etmək lazımdır ki özgələri yanında tənbeh edilməyə. Ələlxsus bu iş gərək onun dostları qarşısında görülməyə. Çünki bu cür tənbeh uşağın qəlbini qırıb bərk narahat edi, nəticədə isə bu iş artıq onun sözə baxmamazlığlna səbəb ola bilər.

5Tənbeh edərkən gərək uşağın törətdiyi pis iş məzəmmətlənə nəinki uşağın özü. Məsələn: Əgər uşaq hansısa bir xoşagəlməz iş görübsə gərək-sənin bu işin çox pis işdir-deyilə. Nəinki-sən çox pis uşaqsan!

6 Valideynin tənbeh etməsi böyük övladına tapşırmağı düzgün iş deyil. Beləki, bu iş övladlar arsında düşmənçiliyə səbəb ola bilər.

7 Tənbehdə gərək ifrata varmayasan. Çünki tənbeh bu surətdə öz təsirini itirəcək.

8Uşaq güya ibrət götürsün deyə başqalarının yaxşı cəhətlərini onun üçün sadalamaq-məsələn: sən bu pis işi gördün amma qardaşın heç vaxt bu işi görməz, çünki o sənin kimi deyil, sözə baxandır-demək əsas etibarı ilə faydalı nəticələr verməyib əvəzində bu uşaqda o biri övladlara qarşı paxıllıq yaradacaqdır.

9 Tənbeh zamanı yaxşı olar ki, bir-başa və açıq şəkildə uşağın törətdiyi xəta və eyiblərini bəyan etməkdə çəkinəsən. Heç olmasa mümkündürsə mətləb işarə ilə və üstü örtülü şəkildə uşağa çatdırıla.

10 Tənbeh zamanı, sözsüz ki, gərək uşağa nə səbəbə tənbeh olunduğunu bildirə ki, uşaq səhvini başa düşərək sair hallarda artıq o əməldən çəkinə və nə ilə öz səhvini düzəldə biləcəyini öşaq özü də bilə.

11Hər shvə görə uşağı tənbeh etmək olmaz. Məsələn: Əgər stəkan əlindən düşüb sınarsa onu özü də öz səhvini başa düşüb narahat olarsa burada gərək ona güzəşt oluna və sadəcə, gələn dəfə daha artıq diqqətli olmağını tövsiyə etmək lazımdır.

12 Tənbeh zamanı gərək cismi və ruhi vəziyyət və problemləri də nəzərə alına.

13 Uşağı xürafat və əfsanə ilə məsələn: div kimi şeylərlə qorxutmaq qətiyyən düzgün iş deyil. Çünki bu şeylər uşağın qorxax böyüməsinə səbəb olur.

14 Tənbeh gərək tərbiyəçi və ya valideynlərin intiqam və ürəyini soyutma vasitəsinə çevrilməyə. Uşağı tənbeh edərkən gərək qətiyyən hissiyata qapılıb kontrolunu əldən berməyəsən. Belə ki, uşağa elə gəlməyə ki, sən bu tənbehdən ləzzət alırsan.

15 Tənbeh səbəbilə uşağı dildə hədələməyin də adətən bir qədər əhəmiyyəti olmur. Olsa da təsiri müvəqqəti və keçici olur. Beləki, uşaq, çox keçmədən bu sözlərin həqiqi olmadığını anlayır, beləliklə də get-hedə bu növ tənbeh ğz təsirini itirir.

16 Bəzi hallarda da bir nəfərin ara düzəldən olmağı lazım gəlir ki, uşağın tərəfindən üzr-xahlıq edərək bir daha onun bu xoşa gəlməz hərəkəti etməyəcəyinə söz versin. Lakin burada gərək həmin şəxs diqqətli ola ki, hansısa bir hərəkətlə tənbeh edənin özünü də şəxsiyətdən salmaya. 17 Əgər tənbehə həqiqətən də ehtiyac duyularsa bu zaman uşağın törətdiklərinə göz yumaraq hər dəfə təxirə salmaq və sonra da yığıb-yığıb axırda bütün bunların hamısına görə uşağı möhkəm cəzalandırmaq da düzgün iş deyil.

18 Əgər uşaq gördüyü pis işdən peşman olaraq onu tərk edərsə, gərək onun bu əməlini məhəbbət və səmimiyyətlə qaşılayıb nəsihət ünvanı ilə bu qəbildən olan (təbiətən insanın səhf etməyi mümkündür, lakin gərək çalışa ki, getdikcə səhflərini azaldaraq özünü islah edə) sözləri ona deyə.

       

 

Şərhi əlavə etmək