Quranla kifayətlənib və rəvayətləri aradan aparmaqla müsəlmanlar arasında olan ixtilaf birliyə çeviriləcəkmi?

Son zamanlar özlərini vəhhabi saymayan və vəhhabiliyə uyğun əqaidlər nümayiş etdirən və sayt və veblaqlar yaradan bir dəstə bu əqidədədirlər ki, müsəlmanlar arasındakı ixtilafıı əsası rəvayətləri qəbul etməkdən qaynaqlanır. Rical və dirayə elmi əhəmiyyətli deyil, çünki şiə və sünni ondan istifadə etməklə fərqli hökümlər əldə ediblər. Çıxış yolu Quranla kifayətlənib və rəvayətləri sünnəni qanun qoyma mövqeyində Peyğəmbərdən itaət etməkdə Quran məzmunları həddində bilmək vacib və qalan buyurduqunda vacib deyil, əksinə məsləhətdir.
1- onlara din daxili və xarici ən yaxşı cavab nədir?
2- Bu dəstə tanınıb və adları varmı?

Qısa cavab

Quranla kifayətlənib sünnə və rəvayətləri silməkməsələsitarixi cəhətdən təqribən İslamın əvvələrinə qayədərş Çünkiəhli sünnə və şiənin mənbələrinə əsasən, Peyğəmbər (s)ın bərəkətli ömrünün sonlarında, O həzrət ümmətin ondan sonra hidayət olub, yolunu azmaması üçün qələm, mürəkkəb və kağız istəyən zaman, təəssüflə ikinci xəlifə Ömər bin Xəttab bu işə qarşı çıxıb və deyir: Allahın kitabı (Quran) bizə bəsdir (Peyğəmbərin sünnəsinə ehtiyacımız yoxdur). Heç kəs bizim sünnətə ehtiyacımızın olmasını təəssüf edə bilməz. Bizim vəzifələrimizin hamısı bütün xırdalıqları ilə Quranda qılibdirmi? Namaz , oruc, zəkat, həcc və... bütün hökümləri Quranda açıqlanıbdırmı?

Allah Quranda buyurur: Peyğəmbər sizə nə verirsə, onu götürün və icra edin, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan Qorxun. Həqiqətən Allahın cəzası çox şiddətlidir.[i]

Məlumdur ki, Peyğəmbərin (s) əmr və qadağası, Allahın bizi ona tabe olmağa mr etdiyi , O həzrətin sünnəsidir. Əhli sünnənin dörd imamından biri olan Əhməd bin Hənbəl, müstənədində deyir: Peyğəmbər (s) buyurdu: Sizin aranızda iki qiymətli əmanət qoymuşam. Onlardan biri o birisindən daha böyük və qiymətlidir. Allahın kitabı göydən yerə olan möhkəm ipidir və itrət və əhli beytim. Bu iki əmanət Kövsər yanında mənə yetişənə qədər, bir – birindən ayrılmazlar.

Gördüyünüz kimi bu hədisdə Peyğəmbər (s) əhli beyti (ə) Quranın kənarında qərar verib. Yəni Müsəlmanlar Qurana əməl etməyə vəzifəli olduqları kimi, həmçinin vəzifəlidirlər ki, lazım olan yerlərdə əhli beyt (ə) dan da əzx etməlidirlər. Bunlar birlikdə tamamlanır. Birisinə əməl edib və digərinə əməl etməmək nöqsandır.

 


[i] - Həşr, 7

وَ ما آتاکُمُ الرَّسُولُ فَخُذُوهُ وَ ما نَهاکُمْ عَنْهُ فَانْتَهُوا وَ اتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدیدُ الْعِقابِ.

Ətreaflı cavab

Bu yeni sual deyil ki, tarixi keçmişi olmayıb və bu zamana müxtəlif olsun. Əksinə Peyğəmbər (s) in vəfatından sonra, hətta həzrətin zamanında bəziləri tərəfindən açıqlanan ilk məsələlərdəndir.

Ona görə də, əvvəlcə bu məsələnin keçmişinə işarə edib, sonra onun təhlil və cavabına məşğul olacağıq.

Quranla kifayətlənib və sünnə və rəvayətləri aradan aparmaq mövzusunun keçmişi təqribən İslamın əvvəlinə qayıdır. Çünki Peyğəmbərin mübarək ömrünün sonlarında, Peyğəmbər (s) ümmətin ondan sonra hidayət olub, yolunu azmaması üçün qələm, mürəkkəb və kağız istəyən zaman, təəssüflə ikinci Xəlifə Ömər bin Xəttab bu işə qarşı çıxıb və deyir: Allahın kitabı (Quran) bizə bəsdir (Peyğəmbərin sünnəsinə ehtiyacımız yoxdur). Bu mötəbər mənbələrdən faydalanırıq.

Səhih Buxari, Sıhih Müslim, Müsnədi Əhməd və... nəql edirlər: İbrahim bin Musa Hişam bin Muəmmərdən O Abdullah bin Məhəmməddən O Əbdür-rəzaqdan Muəmərdən, Zöhridən, O da Übeydullah bin Abdullah bin Abbasdan nəql edirlər ki, İbn Abbas dedi: Peyğəmbər (s) in mübarək ömeünün son anlarında səhabələrin bir dəstəsi O cümlədən Ömər bin Xəttab O həzrətin xidmətində idilər ki, O həzrət buyurdu: Mənim yanıma gəlin ki, sizin üçün bir şey yaacam ki, ondan sonra yolunuzu azmayın. Ömər dedi: Ağrılar ona təsir edib, sizin yanınızda Quran var. Allahın kitabı bizə bəsdir.[1]

Peyğəmbərin yanında olanlar, bir biri ilə ixtilaf etdilər. Bəziləri dedilər: Peyğəmbərin buyurduğu düzdür. Onun yanına gedin ki, Ondan sonra yolunuzu azmamaq üçün bir şey yazsın. Digər bir dəstə isə Ömərin sözünü təsdiqlədilər. Elə ki, Peyğəmbər (s) in qarşısında ixtilaf çoxaldı, həzrət (s) buyurdu: Mənim yanımdan qalxın və çölə çıxın. Belə bir yerdə hay küy yaxşı deyil.[2]

Ubeydullah deyir: Abdullah bin Abbas vdedi: Müsibət ordan başladı ki, Peyğəmbər və onun yazısı arasında fasilə saldılar.[3]

Bu Bu araşdırmada əsl suala cavab verməklə , ikinci Xəlifədən nəql olunan sözün cavabı da veriləcək. Hörmətli sual edənin istəyinə əsasən , din daxili və din xarici cavablar verəcəyik:

Birinci: Əqli dəlil

Fərz edək ki, bu söz düzdür və müsəlmanların hamısı da bunu qəbul edirlər, doğurdanda Quran bizə bəsdir və Peyğəmbərin sünnəsinə ehtiyacımız yoxdurmu?

Belə olduqda, hamının Qurandan nəticə olmamaları eyni olub və hamı onu anlamağı qəbul edirlərmi?

Bu suallara cavab vermək, aydın məsələləri izah vermək olub və hər şəxsin vicdanının özü , münasib bir cavab versə də , amma yenə də biz, ona qısa cavab veririk.

Hər bir şeyin mümkün olmasına ən yaxşı sübut , onun baş verməsidir:

ادلّ الدلیل علی امکان الشیء وقوعه

1-     Biz bütün müsəlmanların həm şiə və həmdə əhli sünnənin Quran öyələrini anlamaqda vahid bir nəzərin olmağını görürük. Üsul və füruda öz məsələ tapa bilərik ki, İslam alimləri və təfsirçilərin onda vahid bir nəzərləri olsun.[4]

2-     Kimsə bizim sünnəyə ehtiyacımızın olmamasını təsəvvür edə bilərmi? Bizim bütün vəzifələrimiz xırdalıqları ilə Quranda gəlibdirmi? Namaz , oruc, zəkat, həcc və... Bütün hökümləri Quranda açıqlanıbmı?

3-     Doğrusuəgər bir sözü bu sözü qəbul etsək, əhli sünnənin bütün bu kitablar (Qurandan başqa) o cümlədən sihahi sittə (Səhihi buxari, Səhih müslim, Sünəni əbu davud, Sünəni Termizi, Sünəni Nəsayi və Sünəni ibn Macə) və hədis haqqında olan yüzlər, hətta minlərlə kitab necə olacaq.

İkinci: İcma:

Hazırda bütün fiqhi və kəlamı firqə və məzhəblər, bizim hədisə ehtiyaclı olduğumuz fikrində və icmasındadırlar. Heç bir fəqih, müəkəllim və nəzər sahiblərini görməzsiniz ki, müsəlmanları etiqad və əməldə hədisə ehtiyacları olması fikrində olsunlar.[5]

Üçüncü: Quran

Allah Quranda buyurur: Peyğəmbər sizə nə verirsə, onu götürün və icra edin, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.[6]

Bu cümlə Bəni Nəzir qənimətləri əhvaltı barəsində nazil olsa da, amma onun məzmunu müsəlmanların həyat proqramında və bütün sahələrdə ümumi bir hökm,[7] və Peyğəmbər (s)ın sünnəsinin dəlil olması üçün aydın bir sənəddir.[8]

Bu qanuna əsasən bütün müsəlmanlar Peyğəmbər (s) in əmr və qadağalarına canla- başla qulaq asıb və itaət etməyə borcludurlar. Fərq etmir İslam hökümlərinə aid məsələlər ya iqtisadi məsələlər və ya ibadi və ondan qeyrisində xüsusi ilə ki, ayənin sonunda, buna qarşı çıxanlar şiddətli əzabla təhdid edibdir.[9]

Xülasə və başqa sözlə məlumdur ki, Peyğəmbər (s) in əmr və qadağası, Allahın bəzi ona tabe olmağa əmr etdiyi, O həzrətin sünnəsidir.

Burda bu sualın verilməsi mümkündür ki, Allah niyə əmr verir ki, camaatın hamısı, istisnasız Peyğəmbər (s)in dediklərini qeydsiz- şərtsiz qəbul etməlidirlər?

Amma biz Peyğəmbər (s)i məsum bilib və bu haqqın yalnız o və onun məsum canişinlərinin haqqı olduğuna nəzər saldıqda, sualın cavabı aydın olur.

Diqqət etmək lazımdır ki, rəvayətlərin çoxunda [10] bu məsələyə işarə olubdur ki, Allahın Peyğəmbərinə belə ixtiyarlar verməsi ona görədir ki, onu tam imtahan edib və onun böyük xüsusiyyət və fövqəladə əxlaqına görə, belə bir haqqı ona veribdir.[11]

Dördüncü hədis:

Sünnənin dəlil olmasına dəlalət edən hədislər, əhli sünnə və şiə mənbələrində çoxdur və bizi sünnəyə əməl etməyə həvəsləndirir. O hədislərdən biri, səqəleyn hədisidir ki, hər iki firqənin hədis kitablarında təvatör həddində nəql olunubdur.

Əhli sünnənin dörd imamından biri olan Əhməd ibn Hənbəl, müsnədində nəql edir: Əsvəd ibn Amir deyir: Əbu İsrayil yəni İsmayil ibn İshaq Mollayi əhiyyədən , o da əbu Səiddən nəql edir ki, Peyğəmbər (s) buyurdu: Sizin aranızda iki qiymətli əmanət qoymuşam. Onlardan biri o birindən daha böyük və qiymətlidir. Allahın kitabı göydən yerə olan möhkəm ipidir. Və itrət və əhli beytim, Bu iki əmanət Kövsər yanında mənə yetişənə qədər bir- birindən ayrılmazlar.[12]

Gördüyünüz kimi bu hədisdə Peyğəmbər (s) əhli beyti Quranla bərabər və onun kənarında qərar verib. Yəni müsəlmanlar Qurana əməl etməyə vəzifəli olduqları kimi həmçinin vəzifəlidirlər ki, lazım olan yerlərdə əhli beyt (ə) dan da əxz etməlidirlər. Bunlar birlikdə tamamlanır. Birinə əməl edib və digərinə əməl etməmək nöqsandır. Buna əsasən birincisi müsəlman olub və hökümlərə rəvayətsiz əməl etmək mümkün deyil. İkincisi, fərz edək ki, belə bir şey mümkün də olsa, belə deyil ki, Müsəlmanlar arasında ixtilaf olmayacaq. Əksinə əgər daha da çox olmasa da az da olmayacaq.

 


[1] - Ömərin oğlunun rəvayətində deyilir: Həqiqətən Peyğəmbər sayaqlayır. Nəhcül həqq və kəşfül sidq, sə 333

[2] - Səhihi Buxarı, cild 17, səh 417, hədis 5237, səhihiMüslim, cild 8, səh 414, Müsnədi əhməd, 6, səh 368 və 478, Məsdərul kitab, Mövqeül İslam, http:\www.al-islam.com

[3] - Hələbi, Nəhcül həqq, və kəşfül sidq, səh 333, Kohənsal , Darul hicrə, müəssiəsi, Qum, 1407 hicri qəməri tarixi ilə

[4] - Bu haqda əhli sünnə təfsirıərinə müraciət edin.

[5] - Burda icmadan məqsəd fiqhi termin olan icma deyil, əksinə bir fikirdə olub və ixtilafın olmamasıdır ki, bizi təsdiqləyə bilər.

[6] - Həşr, 7

وَ ما آتاکُمُ الرَّسُولُ فَخُذُوهُ وَ ما نَهاکُمْ عَنْهُ فَانْتَهُوا وَ اتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدیدُ الْعِقابِ.

[7] - المورد لا یخصّص الوارد،

[8] - Fəxruddin Razi,Əbu Abdullah Məhəmməd ibn Ömər, Miftahul qeyib, cild 29, səh 507, Naşir: Darul ehyaiturasul ərəbi, Beyrut, üçüncü çap, 1420

و الأجود أن تکون هذه الآیة عامة فی کل ما آتى رسول اللَّه و نهى عنه و أمر الفی‏ء داخل فی عمومه

Təba təbayi, seyid Məhəmməd Hüseyn, əl mizan fi təfsirul Quran, Musəvi Həmədani, Məhəmməd Baqir, cild 19, səh 1353, Qum, elmiyyə hövzəsinin müdərrislər şurasının İslamı nəşriyyat dəftəri, şap beşinci, 1374, hədis 8

Bu ayə Onun mövqeyini nəzərə almadan Peyğəmbər (s)in bütün əmr və qadağalarına şamil olur. Yalnız qənimət payını verib və verməməyə məxsus deyil. Əksinə etdiyi bütün əmr və qadağalara aid olur.

[9] - Məkarim, Şirazı, Nasir, Nümunə təfsiri, cild 23, səh 507 və 508, Darul kitabul İslamiyyə nəşriyyatı, Tehran, 1374 hicri şəmsi tarixi ilə Çap , birinci.

[10] - Bu çövzunu açıqlandığı rəvayətlər çoxdur. Onları əldə etmək üçün Nurus- Səqəleyn təfsirinin 5 ci cildi səfhə 279- 283ə baxa bilərsiz.

[11] - Məkarim, Şirazi, Nasir, Təfsiri nümunə, cild 23, səh 509 və 510

[12] - Müsnədi Əhməd, cild 22, səh 226, 252 və 324, cild 39, səh 308

حَدَّثَنَا أَسْوَدُ بْنُ عَامِرٍ أَخْبَرَنَا أَبُو إِسْرَائِیلَ یَعْنِی إِسْمَاعِیلَ بْنَ أَبِی إِسْحَاقَ الْمُلَائِیَّ عَنْ عَطِیَّةَ عَنْ أَبِی سَعِیدٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَیْهِ وَسَلَّمَ إِنِّی تَارِکٌ فِیکُمْ الثَّقَلَیْنِ أَحَدُهُمَا أَکْبَرُ مِنْ الْآخَرِ کِتَابُ اللَّهِ حَبْلٌ مَمْدُودٌ مِنْ السَّمَاءِ إِلَى الْأَرْضِ وَعِتْرَتِی أَهْلُ بَیْتِی وَإِنَّهُمَا لَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَیَّ الْحَوْضَ.

 

Şərhi əlavə etmək