ÇOXLU XEYIR BƏRƏKƏTIN NAZIL OLMASI
ÇOXLU XEYIR BƏRƏKƏTIN NAZIL OLMASI
Ali-Məhəmmədin (s) Qaiminin hökumətinin böyük nailiyyətlərindən biri də misilsiz xeyir-bərəkətin nazil olmasıdır. Onun dövləti qurulan hər tərəf yaşıllaşacaq, təbiət canlanacaqdır. Asiman yağışını yağdıracaq, yer hər bir şeyi cücərdəcək, ilahi xeyir-bərəkət hər yerə aşıb-daşacaqdır.
İmam Sadiq (ə) buyurur: ...«Allah Taala onun (İmam Məhdinin) səbəbi ilə asimanların və yerin xeyir-bərəkətini cari edəcəkdir. (Onun dövləti günlərində) asiman yağış yağdıracaq, yer bitkiləri cücərdəcəkdir.»[1]
O həzrətin hökuməti sayəsində heç bir səhra boş qalmayacaq, bütün torpaq sahələri canlanacaq və şad və xürrəm olacaqdır.
Bu kimi nəzərə çarpacaq, böyük dəyişikliklər və misilsiz inkişafların səbəbi budur ki, Məhdi (ə)-ın dövranı yaxşılıqların, təqvanın çiçəkləndiyi, iman güllərinin çiçək açdığı bir dövran olacaqdır, insanlar hər bir sinifdən olsalar belə, ilahi tərbiyə altında qərar tutacaq, öz rabitələrini ilahi dəyərlər əsasında bərqərar edəcəkdir, Allah da və`də vermişdir ki, belə bir pak mühiti xeyir-bərəkətdən sirab etsin.
Qur`ani Kərim bu barədə buyurur:
وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى آمَنُواْ وَاتَّقَواْ لَفَتَحْنَا عَلَيْهِم بَرَكَاتٍ مِّنَ السَّمَاءِ وَ الاَرْضِ
«Əgər abadlıqların əhalisi iman gətirib, təqvalı olsaydılar, hökmən asimanın və yerin xeyir-bərəkət qapılarını onların üzünə açardıq.»[2]
Fəqirlik və yoxsulluğun kökünün kəsilməsi
Bütün təbii sərvətlərin İmam Məhdi (ə) üçün aşkar olduğu, yerin və göyün bərəkətlərinin onun zamanında olan insanlar üçün aşkar olduğu, müsəlmanların beytül-malının ədalətli şəkildə bölüşdürdüyü bir dövrdə fəqirlik və yoxsulluq üçün əsla yer qalmayacaq, bəşəriyyət İmam Məhdi (ə)-ın dövləti sayəsində həmişəlik olaraq fəqirlik bəlasından xilas olacaqdır.[3]
Onun hakimiyyəti dövründə iqtisadi əlaqələr qardaşlıq bərabərlik prinsipi əsasında formalaşacaq, şəxsi mənfəət öz yerini ürəyiyananlıq, qəmxarlıq, din qardaşları ilə bərabərliyə verəcəkdir. Bu halda hamı bir-birinə vahid bir ailənin üzvüləri kimi nəzər salacaq və hamı başqasını özü kimi hesab edəcək, onların arasında vəhdət, birlik və yeganəlik hiss olunacaqdır.
İmam Baqir (ə) buyurur: «(İmam Məhdi (ə)) hər ildə iki dəfə insanlara bəxşiş, hər ayda iki dəfə ruzi (məişət ehtiyaclarını) əta edəcəkdir və (bu işdə) camaatın arasında müsavata əməl edəcəkdir. Nəhayət (insanlar o qədər ehtiyacsız olacaqdır ki,) heç şəxs zəkat almağa ehtiyac duymayacaqdır.»[4]
Rəvayətlərdən aydın olur ki, insanların zənginləşib heç bir şeyə ehtiyaclı olmaması onların qənaət və ehtiyacsızlıq ruhiyyəsinə görədir. Başqa sözlə desək, insanlar xaricdən çoxlu mal-dövlət sahibi olaraq ehtiyacsız olmazdan öncə, batindən ruhlarını ondan ehtiyacsız edəcək və Allah Taalanın Öz fəzl və kərəmi ilə onlara əta etdiklərinə razı olacaqlar. Buna görə də başqalarının mal-dövlətinə göz dikməyəcəklər.
Peyğəmbəri Əkrəm (s) Məhdi (ə)-ın dövlətinin xüsusiyyətlərini bəyan edərkən buyurur:
«...Allah Taala ehtiyacsızlıq ruhiyyəsini bəndələrin qəlblərində qərar verəcəkdir.»[5]
Halbuki, zühurdan öncə insanlardakı lik və heç bir şeyə qane olmamaq kimi hislər yanlış rəqabətlərin, mal-dövlətin yığılıb anbarlarda bir-birinin üstünə yığaraq ehtiyacsızlara verməməyin əsas amili olacaq.
Bir sözlə, İmam Məhdi (ə)-ın dövranında həm batini, həm də xarici ehtiyacsızlıq hakim olacaqdır. Digər tərəfdən də külli miqdarda mal-dövlət və sərvət ədalətli şəkildə bölüşdürüləcək, qənaət insanların əxlaqi xüsusiyyətinə çevriləcəkdir.
Peyğəmbəri Əkrəm (s) İmam Məhdi (ə)-ın insanlara bəxşiş etməsi söylədiyi kəlamdan əvvəl buyurur:
«Allah Taala Mühəmməd ümmətinin qəlblərini ehtiyacsızlıq hissi ilə dolduracaq, Məhdi (ə)-a məxsus olan ədalət onların hamısını əhatə edəcək, belə ki, həzrəti Məhdi əmr edəcəkdir ki, bir nəfər nida edərək belə desin: «Kimin mal-dövlətə ehtiyacı vardır?» Bundan sonra camaatın arasından yalnız bir nəfər ayağa qalxacaq! İmam ona buyuracaqdır: Xəzinədarın yanına get və ona de ki: «Məhdi fərman verir ki, mənə filan qədər mal verəsən.» Xəzinədar ona deyər: «Paltarını gətir! Sonra onun paltarının arasını mal-dövlətlə doldurar, onu çiyninə alanda peşman olub deyər: «Nə üçün Mühəmməd ümməti arasında mən hamıdan artıq həris olum?!»
Sonra malı qaytarmaq istəyir, lakin ondan qəbul etməzlər. Ona deyilər: Biz əta etdiyimizi bir daha geri götürmərik.»[6]
[1] Qeybəti Tusi, hədis 149, səh. 188
[2] Ə`raf surəsi, 96
[3] Müntəxəbül-əsər, 7-ci fəsil, bab 3-4, səh. 589-593
[4] Biharul-ənvar, 52-ci cild, hədis 312, səh. 390
[5] Yenə orada, 51-ci cild, səh. 84
[6] Yerə orada, səh. 92
Şərhi əlavə etmək