İnna lillah və inna iləyhi raciun
Həzrət Ayətullahul uzma Seyyid Əbdul Kərim Musəvi Ərdəbili Cümə günü Qum şəhərində torpağa tapşırılacaq.
İslam dünyasının böyük alimlərindən və əslən azərbaycanlı olan Ayətullahul uzma Seyyid Əbdul Kərim Musəvi Ərdəbili Cümə günü müqəddəs Qum şəhərində Həzrət Məsumənin hərəmində torpağa tapşırılacaqdır. Xatırladaq ki, bu böyük alim Ərbəin günü sağlamlığında yaranan ciddi problemlərə görə Qum şəhərində Şəhid Behişti xəstəxanasına çatdırılmışdır. Sonradan Tehran şəhərinin xəstəxanalarından birinə aparılmışdır. Həkimlərin səyinə baxmayaraq bu böyük alim bu gün günorta vaxtı 91 yaşında fani dünya ilə vidalaşdı. Allah Təala onun ruhunu şad etsin və qalan alimlərimizə uzun və izzətli ömür əta etsin.
Şərhi əlavə etmək