Türkiyədə minalanmış avtomobilin partladılması nəticəsində 3 nəfər ölüb
Türkiyənin Mardin vilayətində PKK terrorçuları jandarm bölməsinə hücum ediblər.
İslam.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Midyat rayonunda minalanmış avtomobilin partladılması nəticəsində 1 əsgər və 2 kənd mühafizəçisi ölüb, 9 nəfər yaralanıb.
Əraziyə çox sayda polis və təcili yardım cəlb edilib. Terrorçuların yaxalanması üçün bölgədə əməliyyatlar davam edir.
Şərhi əlavə etmək