Yəməndə dördü uşaq olmaqla 11 dinc sakin öldürülüb
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya məxsus hava qüvvələrinin vurduğu zərbələr nəticəsində 11 dinc sakin dünyasını dəyişib.
Bu haqda məlumatı “Assoşieyted Press” yayıb. Verilən məlumata görə, koalisiya Yəmənin cənubunda – Lahıc şəhərində dördü uşaq olmaqla, 11 dinc sakin öldürülüb.
Səudiyyə rəhbərliyi bunun səhvən olduğunu açıqlayıb. Qeyd edilib ki, onların hədəfində Husi döyüşçüləri olub.
Şərhi əlavə etmək