Türkiyə SQ Kilisə düşən mərmilərə cavab olaraq İŞİD-in Suriyadakı mövqelərini vurub
Türkiyə Silahlı Qüvvələri İŞİD terror təşkilatının Suriyadakı mövqelərini vurub.
Suriyadan atılan raketlərin Türkiyənin Kilis şəhərinə düşməsindən sonra başlayan əməliyyatda Həleb şəhərinin Azez rayonundakı İŞİD mövqeləri atəşə tutulub.
Suriyanın Soran, Ehtemlat, Dabi və Akterin kəndləri ətrafındakı İŞİD mövqelərinə artilleriya zərbələri endirilib.
Xəbər verdiyimiz kimi, Suriyadan atılan beş raket mərmisi Türkiyənin Kilis şəhərinə düşüb. Raketlərdən ikisi küçəyə, üçü isə boş əraziyə tuş gəlib.
Hadisə nəticəsində 12 nəfər yaralanıb. Yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.
Partlayış nəticəsində, həmçinin bir neçə ev və avtomobilin şüşələri qırılıb.
Mərmilər İŞİD terror təşkilatının nəzarətində olan Bab bölgəsindən atılıb.
Şərhi əlavə etmək