Suriyada daha bir azərbaycanlı terrorçu öldürüldü
Suriyada İŞİD qruplaşmasının tərkibində hökumətə qarşı döyüşən azərbaycanlı terrorçu öldürülüb.
Dünən axşam saatlarında Hələbin cənubunda Fətih ordusunun rəhbərliyi altında “Əhraruş Şam”, “Nüsrət Cəbhəsi”, “Ecnaduş Şam”, “Ceyüş-Sünnə”, “Ceyşül İslam” və “Fəlyakuş Şam” terror qruplarının birgə iştirakı ilə hərbi əməliyyatlar keçirilib.
Müxalif qüvvələrin tərkibində döyüşən iki qafqazlı İŞİD-çi əməliyyatlar zamanı ölüb. Ölənlərdən biri Əbu Əli Azəri (Elşən) ləqəbli Azərbaycan vətəndaşıdır.
Əbu Əli Azərinin üç il öncə azərbaycanlı İŞİD-çi Rüstəm Əsgərovla birlikdə Suriyaya getdiyi və orada bir qadınla evləndiyi bildirilib.
Onun 2 övladının olduğu deyilir.
Şərhi əlavə etmək