"Nüsra cəbhəsi"nin 250-dən çox yaraqlısı zərərsizləşdirilib
Suriya ordusu aprelin 3-dən Hələb əyalətinə edilən hücumların qarşısını alan zaman "Nüsra cəbhəsi" terror qruplaşmasının 250-dən çox yaraqlısını məhv edib.
Bu barədə Suriya ərazisində düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəisi, general-leytenant Sergey Kuralenko məlumat verib.
""Cəbhat ən-Nüsra"nın terror dəstələri aprelin 3-dən indiyə qədər hökumət qoşunlarının Hələb əyalətinin cənub-qərb hissəsindəki mövqelərinə hücumlarını davam etdirirlər. Hökumət qoşunları tərəfindən hücumların qarşısı alınan zaman 250-dən çox terrorçu, iki tank və başqa texnika məhv edilib", deyə o əlavə edib.
Kuralenko, həmçinin bildirib ki, ötən həftə ərzində Hələb şəhərinin sözügedən terror qruplaşmasının üzvləri tərəfindən atəşə tutulması nəticəsində 82 dinc sakin həyatını itirib, 266 nəfər yaralanıb.
Şərhi əlavə etmək