“Cəbhat ən-Nusra”nın hücumu nəticəsində 18 dinc sakin həlak olub
“Cəbhat-ən-Nusra” terror qruplaşması Suriyanın ən böyük şəhəri olan Hələb və onun ətraf ərazilərində hərbi əməliyyatları davam etdirir. Şeyx Maksud məhəlləsi yaxınlığında minaatan atəşi nəticəsində 18 nəfər ölüb, 61 dinc sakin yaralanıb.
bu barədə Suriyada düşmən tərəflərin barışığı üzrə mərkəzin bu günə keçən gecə Rusiya Müdafiə Nazirliyinin saytında dərc edilən informasiya bülletenində məlumat verilir.
“Cəbhat ən-Nusra” terror qruplaşması Hələb və onun ətraf ərazilərində hərbi əməliyyatları dayandırmır. Şeyx Maksud məhəlləsini ələ keçirməyə cəhd edərkən açılan minaatan atəşi nəticəsində 18 dinc sakin ölüb, 61-i isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.”, - məlumatda deyilir.
Şərhi əlavə etmək