“Ceyşul islam” Suriyada kimyəvi silahdan istifadə etdiyini təsdiqlədi
Suriyada "loyal müxalif" qruplaşma kimi dünyaya qəbul etdirilən "Ceyşul İslam" terror qruplaşması kimyəvi silahdan istifadə etdiyini etiraf etdi
İslam.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, "Ceyşul İslam" qruplaşması Hələbdə kimyəvi silahdan istifadə etdiyini təsdiqləyib. Kimyəvi hücum nəticəsində onlarla dinc sakin xəsarət alıb.
Qeyd edək ki, hücum Hələbin Şeyx-Maqsud rayonuna edilib. Kimyəvi zəhərli qazlardan onlarla dinc sakin xəstəxanalıq olublar.
Edilmiş hücumu “Ceyşu İslam” terrorçu qurplaşması öz üzərinə götürüb. Qruplaşma bildirib ki, bu qərarı briqada komandirlərindən biri verib ki, o məhkəmə qarşısına çıxarılıb.
Bir müddət əvvəl kürd könüllülərinin rəsmisi Reyzan Xedu "Sputnik" agentliyinə kürdlərə qarşı zəhərli qazdan istifadə edilməsini açıqlamışdı.
Verilən məlumatlara əsasən, Şeyx-Maqsud rayonunda kürd könüllüləri ilə terroçu qurplaşma arasında toqquşmalar davam edir.
Qeyd edək ki, vəhhabi ideologiyasına bağlı "Ceyşul İslam" Səudiyyəyə bağlı olduğunu gizlətmir, ABŞ və digər ölkələrlə əlaqəyə sahibdir. Bir müddət əvvəl qruplaşmanın lideri Zehran Alluş öldürülüb.
Şərhi əlavə etmək