Suriya ordusu əl-Karyateyn şəhərini azad edib
Suriya ordusunun bölmələri şəhər ətrafında təmizlik işləri aparır, istehkamçılar küçələri və evləri minalardan təmizləyir
Suriya ordusu könüllü qruplaşmaların yardımı ilə Homs əyalətini cənubunda yerləşən əl-Karyateyn şəhərini İŞİD terror qruplaşmasının nəzarətindən tam azad edib.
şəhərdə döyüşlər dayandırılıb. Suriya ordusunun bölmələri şəhər ətrafında "təmizlik" işləri aparır, istehkamçılar küçələri və evləri minalardan təmizləyir. Amma şəhərin bəzi yerlərində hələ də tək-tək odlu silah atəşləri eşidilir.
Şərhi əlavə etmək