“Taliban”la əlaqəli terrorçular Pakistanı yeni terror aktları ilə təhdid ediblər
“Taliban” terror təşkilatı ilə əlaqəli olan “Camaat ül-Əhrar” terror qruplaşmasının üzvləri Pakistanda yeni terror aktları törətməklə hədələyiblər.
Qruplaşmanın bəyanatında terrorçuların yeni hücumlar təşkil etmək, o cümlədən bilavasitə ölkənin baş naziri Navaz Şərifə qarşı müharibəyə başlamaq niyyətində olduqları bildirilir.
“Navaz Şərif öyrənməlidir ki, müharibə onun evinin kandarına çatıb.”, - ekstremistlərin nümayəndəsi söyləyib.
Şərhi əlavə etmək