İslam İnqilabının Böyük Rəhbərinin Qum Dini Elmlər Hövzəsinin Müəllim və Tələbələrinin Nümayəndələr Cəmiyyətinin üzvləri ilə görüşdəki bəyanatı

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Qum Dini Elmlər Hövzəsi “İnqilabçı hövzə və İnqilabın beşiyi” kimi qalmalıdır və bu hədəfə çatmaq dəqiq proqramlaşdırma, tədbir və təfərkkür tələb edir.
Həzrət Ayətullahuluzma Xamenei çərşənbə axşamı günü Qum Dini Elmlər Hövzəsinin Müəllim və Tələbələrinin Nümayəndələr Cəmiyyətinin üzvləri ilə görüşdə Qum Dini Elmlər Hövzəsinin İslam İnqilabının zəfər çalmasındakı misilsiz və təsirli rolu və yerini bəyan edib, dini hövzələrdən İnqilabın götürülməsi üzrə bəzi səylərə işarə edərək, deyiblər ki, universitet və Qum Dini Elmlər Hövzəsi İslam İnqilabının formalaşması və zəfər çalmasında aşkar təsirediciliyə malik olublar.
Həzrət Ayətullahuluzma Xamenei İslam İnqilabının zəfər çalmasında universitet hərəkəti və mübarizəsinin təsirediciliyini əsas amilin, yəni ruhaniyyətin mübarizələri ilə əlaqələndirib və belə qeyd ediblər: Dini tələbələrin mübarizələri ruhaniyyətin mbarizələri olmadan mütləq elə həmin universitet mühiti ilə məhdudlaşacaq və bitəcəkdi.
İslam İnqilabının Böyük Rəhbəri "əhatəli olma və təsiredicili"yi ruhaniyyətin İslam İnqilabındakı hərəkətinin iki özəlliyi sayaraq, əlavə ediblər: Qum Dini Elmlər Hövzəsi iki hissədən- mərcəiyyət və dini tələbələrdən təşkil olunubdur ki, İmam Xomeyni(r.ə.) mərcəiyyət hissəsi kimi bildiriş verir və çıxış edirdilər, amma İmam Xomeyni(r.ə)-in çıxışları və baxışlarını ictimaiyyətin dərinliyinə və ən ucqar məntəqələrə çatdıran hissə, ruhaniyyət və dini tələbələr idilər.
Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Əgər Qum Dini Elmlər Hövzəsi olmasaydı, İmam Xomeyni(r.ə)-in hərəkəti bəlkə də uğur qazanmazdı və bu, Qum Dini Elmlər Hövzəsinin İslam İnqilabının formalaşması və davam etməsindəki rolunu göstərir.
O həzrət İmam Xomeyni(r.ə.) ilə İslam İnqilabının formalaşması arasındakı vasitəçi halqanın Qum Dini Elmlər Hövzəsinin olduğunu vurğulayaraq, belə qeyd ediblər: Qum Dini Elmlər Hövzəsinin İslam İnqilabının qələbəsindəki yüksək və misilsiz roluna görə, hazırda Qum Dini Elmlər Hövzəsinindən "İnqilabın götürülməsi" üzrə planlar mövcuddur.
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, dini elmlər hövzələrindən "İnqilabın götürülməsi" üzrə hər cür səydən təhlükə hiss olunmalıdır. O həzrət əlavə ediblər: Hikmətamiz fikir, tədbir və proqramlaşdırma ilə bu xətər ilə mübarizə etmək lazımdır ki, dini elmlər hövzələri daim bir inqilabçı hövzə və İnqilab beşiyi kimi qalmış və onlarda inqilabçı baxış və hərəkət genişlənmiş olsun.

Şərhi əlavə etmək