İraqın Taza şəhəri İŞİD tərəfindən kimyəvi hücuma məruz qalıb

İŞİD terror təşkilatı İraqın Kərkük əyalətinin Taza şəhərini yenidən zəhərləyici kimyəvi maddəli raketlə atəşə tutub.


İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə “əl-Haşd əş-Şaabi” şiə özünümüdafiə dəstəsinin nümayəndəsi Əli əl-Hüseyn məlumat verib.

“Taza şəhərinin cənub hissəsi İŞİD terrorçuları tərəfindən güclü hücuma məruz qalıb. Terrorçular Kasba əl-Başirdən zəhərləyici maddə ilə doldurulmuş iki raket buraxıblar.”, - əl-Hüseyn bildirib.

O, rəsmi hökumətdən hava hücumundan müdafiə sistemləri ilə təmin edilmələrində yardımçı olmasını tələb edib və əl-Başir, eləcə də ətraf kəndlərin azad edilməsi üçün güclərin birləşdirilməsinə çağırıb.

İraq Parlamentinin İnsan hüquqları komitəsinin rəhbəri Arşad əl-Salhi Taza şəhərində xlorla zəhərlənmə nəticəsində ilk uşaq ölümünün qeydə alındığı barədə məlumat verib.

Şərhi əlavə etmək