Əfqanıstanda xüsusi əməliyyat zamanı təxminən 50 terrorçu məhv edilib

Əfqanıstan ordusu və təhlükəsizlik qüvvələri tərəfindən ölkənin müxtəlif əyalətlərində həyata keçirilən antiterror əməliyyatı zamanı sutka ərzində ən azı 49 terrorçu zərərsizləşdirilib, 29-u yaralanıb.


bu barədə Əfqanıstanın Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, üç terrorçu təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Bundan başqa, terrorçularla toqquşma zamanı dörd hərbçi həlak olub.

Şərhi əlavə etmək