PKK terrorçuları türk əsgərinə təslim oldular

Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunda terrorçu PKK-nın bir qrup silahlısı çılpaq vəziyyətdə türk əsgərlərinə təslim olub.


bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, gizləndikləri yerdən qaçaraq, əsgərlərə təslim olan terrorçular təmsil etdikləri qruplaşmanın qüvvəsinin tükənmək üzrə olduğunu etiraf ediblər.

"Əvvəllər qruplaşmadan qaçaraq təslim olanlara yardım etdiyiniz, yaralıları müalicə etdirdiyiniz üçün bu addımı atdıq. Qruplaşmadakıların hamısı təslim olmaq istəyirlər. Biz sizə güvənərək, canımızı Türkiyə Cümhuriyyətinə təslim etdik. Silahsız və etibarlı olduğumuza inanmağınız üçün paltarlarımızı soyunduq", - deyə terrorçular vurğulayıblar.

Şərhi əlavə etmək