İraqın təhlükəsizlik qüvvələri 5 rayonu azad etdi
İraqın təhlükəsizlik qüvvələri Səlahəddin vilayətində anti-terror əməliyyatlarını davam etdirirlər.
hökumət qüvvələri Səlahəddin vilayətində 5 kəndi İŞİD terror qruplaşmasından azad etməyə müvəffəq olub.
Hökumət qüvvələri ilə İŞİD ünsürləri arasında Səlahəddin vilayətində bir neçə dəfə toqquşma baş verib. Bunun nəticəsində hökümət qüvvələri terrorçuları məhv edərək sözügedən kəndləri yaraqlılardan tamamilə təmizlәməyə müvəffəq olublar. Bu əməliyyatlar zamanı 30-dan çox İŞİD terrorçusu məhv edilib.
Bununla yanaşı İraqın Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr quru qoşunlara havadan dəstək veriblər. İraq aviasiyasının endirdiyi aviazərbələr nəticəsində partlayıcı maddələrlə dolu olan yük maşını məhv edilib./
Şərhi əlavə etmək