Ədəndə partlayış nəticəsində 4 nəfər ölüb

Terrorçu-kamikadze təhlükəsizlik qüvvələrinin nəzarət-buraxılış məntəqəsinin yaxınlığında avtomobili partladıb


Yəmənin paytaxtı Ədəndə törədilmiş partlayış nəticəsində ən azı 4 nəfər ölüb, 5-i isə yaralanıb.

İslam.az "Report"a istinadla xəbər verir ki, bu barədə "Frans Press" agentliyi təhlükəsizlik orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb.

Partlayış Şeyx Osman rayonunda terrorçu-kamikadze tərəfindən həyata keçirilib. Mənbənin məlumatına görə, partlayıcı qurğu quraşdırılmış avtomobil təhlükəsizlik qüvvələri və hökumət hərbçilərinin toplaşdığı nəzarət-buraxılış məntəqəsinin yaxınlığında partladılıb.

Şərhi əlavə etmək