Rus müsəlman İŞİD-ə necə qoşuldu

Latviyanın İslam Mədəniyyəti Mərkəzinin keçmiş rəhbəri Oleq Petrov Suriyada cihadçılara qoşulub.

 

Oleq Petrov internetdə dərc etdiyi videoda Fransanın “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücum edən terrorçuları tərifləyib. Latviya polisi Petrov barəsində (silahlı konfliktdə qanunsuz iştirak etməkdə ittiham olunur) cinayət işi qaldırıb.

İslam Mədəniyyəti Mərkəzindən bildirilib ki, Petrovun islam qruplaşmaları ilə əlaqələri haqqında heç nə bilmirlər. “Petrov bir ildən çoxdur ki, bizim liderimiz deyil”, - mərkəzdəki mənbə deyib.

Latviyada İslam Mədəniyyəti Mərkəzi 2011-ci ildə təsis edilib. Latviya müsəlmanlarının birləşdirilməsi, islamla bağlı tədbirlərin keçirilməsi və islamın həqiqi dəyərlərinin izahı mərkəzin hədəfləri hesab olunur.

2015-ci ilin oktyabrında mərkəzin mətbuat katibi Robert Klim bildirib ki, Latviya 50 il sonra islam ölkəsinə çevriləcək. Klim hesab edir ki, XXI əsrin ortalarında respublikada uşaqların əksəriyyəti müsəlman ailələrində doğulacaq.

Fevralın 25-də Latviya hakimiyyəti üzü bağlayan geyimlərdən ictimai yerlərdə istifadəni qadağan edən qanunu qəbul etmək niyyətini ifadə edib.

Şərhi əlavə etmək