Səudiyyənin Yəmənə hərbi təcavüzünün dəhşətli statistikası

Yəmən İnsan Haqları Mərkəzi Səud rejiminin Yəmənə hücumları nəticəsində dünyasını dəyişən və yaralananların yeni statistik məlumatlarını yayıb.

Yəmənin İnsan Haqları Mərkəzinin son açıqlamasına görə, Səudiyyə Ərəbistanının 2015-ci ilin mart ayından 2016-cı ilin yanvar ayına qədər Yəmənə hücumları nəticəsində dünyasını dəyişənlərin sayı 8278 nəfərə çatıb.

 

 

Ümumi statistika belədir:

Dünyasını dəyişənlərin sayı -  8278

Həyatını itirən uşaqlar - 236

Həyatını itirən qadınlar - 752

Yaralananların sayı - 16000

Yaralanan uşaqlar - 254

Yaralanan qadınlar - 668

 

 

Yəmən İnsan Haqları Mərkəzinin məlumatına görə, Səudiyyənin hücumu nəticəsində 810 məktəb və təhsil müəssisəsi, 39 universitet və ali təhsil müəssisəsi, 242 səhiyyə mərkəzi, 271 yanacaq deposu, 140 elektrik stansiyası, 113 dövlət binası, 10 liman, 530 yol və körpü, 14 hava limanı, 191 fabrik və zavod, 345722  fərdi əmlak hücumlara məruz qalaraq ya tamamilə məhv edilib, ya da ciddi dağıntılara səbəb olub.

 

 

Bundan başqa statistik məlumatlara görə. Səudiyyə Ərəbistanının qırıcıları 121 turizm mərkəzini, 59 tarixi abidəni, 615 məscidi, 16 KİV binasını, 41 stadion və idman mərkəzini, 163 su anbarını, 176 ərzaq daşıyan yük maşınlarını, 124 quşçuluq fabrikini, 168 telefon və rabitə qovşağını və 353 bazar və ticarət mərkəzini hədəfə alıb.

 

Şərhi əlavə etmək