Əl Bağdadinin arvadlarından biri qaçıb
"İraq və Şam İslam Dövləti"nin (İŞİD) yaraqlıları terror təşkilatının lideri Əbubəkir əl Bağdadinin arvadlarından birini axtarırlar.
![]()

Alman Diana Krüger İraqın şimalındakı Naynava vilayətindəki malikanəni axşam saatlarında tərk edib. O, iki xidmətçisi ilə birlikdə qaçıb. Hirsindən yerə-göyə sığmayan əl Bağdadinin arvadının axtarışlarına İŞİD-in "komandos" dəstəsini yolladığı deyilir. Terrorçular D.Krügeri xidmətçiləri ilə birlikdə ələ keçirməlidirlər.
İŞİD lideri ilə Diana Krügerin toyu ötən il oktyabrın 8-də İraqın Naynava şəhərində, məxfi şəkildə keçirilmişdi.
Toydan 5 gün sonra Diana Krüger İŞİD-in "qadınlar üzrə Şəriət məhkəməsinin baş hakimi" təyin olunmuşdu.
Şərhi əlavə etmək