İtaliya Liviyada İŞİD-ə qarşı hərbi əməliyyat hazırlayır
İtaliya hökuməti İŞİD terror təşkilatının Liviyada irəliləməsinə mane olmaq üçün bu ölkədə xüsusi əməliyyat hazırlayır.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, Aralıq dənizində patrul gəmiləri, o cümlədən Trapanidəki (Siciliya adası) aviabazadan uçmağa hazır olan “Tornado” qırıcı təyyarələrinin daxil edildiyi hərbi missiya Liviya hökumətindən müvafiq sorğu daxil olan kimi fəaliyyətə başlayacaq.
"Corriere della Sera" qəzeti yazır ki, hər şey bazar ertəsi Torbuk Parlamentində Liviyada milli birlik hökumətinin formalaşdırılması ilə bağlı keçiriləcək səsvermənin nəticəsindən asılı olacaq.
Şərhi əlavə etmək