Bəşşar Əsəd atəşkəsə qoşulduğunu bəyan edib
Suriyadak rejimin başçısı Bəşşar Əsəd atəşkəs haqda anlaşmanı qəbul edib.
İslam.az "Report"a istinadən xəbər verir ki, bu haqda Bəşşar Əsəd özü bildirib.
Qeyd edək ki, ABŞ və Rusiya Suriyada atəşkəs rejiminin fevralın 27-də başlaması haqda razılığa gəlib. Silahlı münaqişədə iştirak edən tərəflər fevralın 26-sı günorta saatlarınadək atəşkəs rejiminə qoşulacaqlarını bildirməlidir. İŞİD və Ən-Nusra silahlı qruplaşmalarından başqa bütün tərəflərdən bu rejimə qoşulmaları haqda cavab gözlənilir.
Şərhi əlavə etmək